Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AKP sözçüsü: “Türkiyə terror dövlətini darmadağın etdi”

30 kilometr dərinliyin yaradılması “Fərat qalxanı”, “Zeytun budağı” və “Sülh Çeşməsi” əməliyyatları, eləcə də sərhədimizdə terror dövlətinin qurulmasının qarşısını almaq üçün zərurət idi. Bu terror dövləti darmadağın edilib.

“Haber7”nin məlumatına görə, bu sözləri AKP sözçüsü Ömer Çelik deyib.

“PYD terror qruplaşması bir-birinə zidd qüvvələrlə də, Suriya ordusu ilə də əlaqə qurmağa çalışaraq məqsədinə çatmağa çalışır. Hər kəsin istifadəsinə açıq bir təşkilatdır. Bu mübarizəni sərhədin o tayında aparmasaq, sərhədlərimizin daxilində aparmağa məcbur qalacağıq.

Bütün hazırlıqlar tamamlanıb. Suriya ordusunun öz xəttinə geri çəkilmə müddəti başa çatan kimi Türkiyə Silahlı Qüvvələri üzərinə düşən vəzifəni yerinə yetirəcək.

Suriya hökumətinin burada süni vəziyyət yaradıb, daha sonra “buradan geri çəkilməyəcəm, bu, mənim təhlükəsizliyim üçün təhlükəlidir” - deməsi Türkiyə üçün qəbuledilməzdir. Bunu Rusiya da qəbul etməməlidir. Çünki Soçi razılaşmalarına ziddir. Şübhəsiz ki, hərəkətə keçmək üçün Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinlə bir araya gəlməsi dönüş nöqtəsi olacaq”, - deyə Çelik bildirib.(oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »