Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Masallı sakini əmisini və onun oğlunu güllələyərək öldürüb

Masallı rayon sakini aralarında yaranan mübahisə zəminində əmisini və onun oğlunu güllələyərək qətlə yetirib.

Rayonun Eçara kəndində babalarından qalan torpaq sahələrinin bölünməsi üstündə iki əmioğlu arasında mübahisə yaranıb. Bu zaman Masallı rayonunda yaşayan, hələlik kimliyi məlum olmayan şəxs əmisi - Şəmsəddin Fərhad oğlu Kərimovu və onun oğlu Niyaməddin Kərimovu ov tüfəngindən açdığı atəşlə qətlə yetirib.

Hadisəni törədən şəxs qaçaraq ərazidən uzaqlaşıb.

Faktla bağlı araşdırmalara başlanılıb.(report)

Son xəbərlər
Bütün xəbərlər »