Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident üç generalın istefaya buraxılması ilə bağlı sərəncam imzalayıb

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bir sıra ali zabitlərinin həqiqi hərbi xidmətdən istefaya buraxılması haqqında sərəncam imzalayıb.

Bizimyol.info xəbər verir ki, bununla bağlı AzərTac məlumat yayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 40.1-ci və 42.0.1-ci maddələrinə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 164-cü maddəsinin ikinci hissəsinə əsasən qərara alıram:

1. Aşağıdakı ali zabitlər hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılsınlar:

general-leytenant Cəbrayılov Asif Mikayıl oğlu

general-leytenant Xəlilov Əsgər Sabir oğlu

general-leytenant Tağı-zadə Fərhad Sabir oğlu.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir”.

Son xəbərlər
Bütün xəbərlər »