Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranda təhsil alan azərbaycanlı tələbələr barədə xəbər yoxdur

İranda koronavirusun əsas yayıldığı şəhər Qum şəhəridir. Qum şəhəri eyni zamanda "Cameətül Mustafa" İlahiyyat Universitetinin yerləşdiyi şəhərdir və bu universitetdə uzun illər çoxlu sayda azərbaycanlı tələbə təhsil alıb.

İranda virus təhlükəsi yarandıqdan sonra bu şəhərdə azərbaycanlı tələbələrin təhsil alıb-almaması ilə maraqlandıq.

Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsisçisi və sədri , Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi Hacı Şahin Həsənli Bizimyol.infoya bildirdi ki, İranda azərbaycanlı tələbələrin dini təhsil alması barədə məlumatı yoxdur.

Dövlət İmtahan Mərkəzindən də bu barədəməlumat ala bilmədik, onlar bizi Təhsil Nazirliyinə yönləndirdilər.

Təhsil Nazirliyi sorğumuza cavab olaraq bildirdi ki, dini təhsil üzrə məsələlərə Təhsil Nazirliyinin xətti ilə baxılmır, biz İlahiyyat İnstitutu ilə əlaqə saxlamalıyıq.

İlahiyyat İnstututunun rəsmisi Bizimyol.info-nun sorğusuna cavab olaraq bildiridi ki, bu qurum 2018-ci ilin fevral ayında yaradılıb və o vaxtdan bu günə qədər xarici dövlətlərlə, o cümlədən İranla tələbə mübadiləsi həyata keçirilməyib.

Son olaraq Qafqaz Müsəlamanları İdarəsindən Bizimyol.info-ya bildirildi ki, rəsmi şəkildə İranda dövlət xətti ilə dini təhsil alan tələbələrimiz yoxdur. “Qeyri rəsmi yolla və ya qeyri dini təhsil alan tələbələr haqqında biz məlumatsızıq”.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »