Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cəlilabaddakı hospital polis tərəfindən ciddi mühafizə olunur

Xəbər verdiyimiz kimi, İranla sərhədyanı rayonlardakı - Biləsuvar, Lənkəran, Masallı, Cəlilabad, Astara - tibb müəssisələrində, mərkəzi xəstəxanalarında İnfeksion şöbələr və bokslar (digər şöbələrlə əlaqəsi olmayan palatalar)yaradılıb. Eyni zamanda sərhəddəki tibb məntəqələrinin gücləndirilmiş iş rejimində çalışdığı bildirilir.

Bəs bu xəstəxanalrda yaradılan bokslar neçə nəfərlikdir?Türkiyə və digər ölkələrdə koronavirus şübhəsi daşıyan şəxslər tək adamlıq, xüsusi palatalarda ətrafdan təcrid olunmuş şəkildə saxlanılırlar.Onların yanlarına girib-çıxan tibb işçiləri xüsusi geyimdə olur, palatalar aşağı təzyiqli hava ilə müntəzəm olaraq təmizlənirlər. Palatalardan çıxan hər bir əşya təhlükəli tibbi tullantı hesab olunaraq yandırılır.Bu şərait adı son günlər sosial şəbəkələrdə xüsusilə hallanan Cəlilabadda yaradılıbmı?

Bizimyol.info-nun regional müxbiri Həmid Cabbarov bildirib ki,İrandan gələn vətəndaşların 29 nəfər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Bu xəstəxanadakı digər xəstələr Rayonda tikilmiş Diaqnostika Mərkəzinə köçürülüblər və Mərkəzi Xəstəxana polis tərəfindən ciddi nəzarətə götürülüb. Xəstəxananın yaxınlığına tibbi personaldan başqa heç kim buraxılmır. Əslində insanlar özləri də o əraziyə getməyə qorxur və yaxınlaşmırlar. Çəkiliş aparmaq üçün göndərilən müxbirlər yalnız uzaqdan xəstəxananın şəklini çəkməyə razı olurlar. O əraziyə heç bir jurnalist getmək istəmir”- deyə Həmid Cabbarov qeyd edib.

Səhiyyə Nazirliyi koronavirus şübhəsi ilə həkim müşahidəsinə alınan şəxslərin sayını açıqlayıb.

Qeyd edək ki, Səhiyyə Nazirliyindən verilən xəbərə görə, səhər saat 10.00 üçün Kiliniki Tibbi Mərkəzin yolxucu xəstəliklər şöbəsində 7 nəfər, xüsusi ayırılmış tibb müəssisəsində 2, Astara Rayon Mərkəzi xəstəxanasında 86 və Cəlilabad Mərkəzi Rayon xəstəxanasında 91 nəfər həkim müşahidəsinə alınıb.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »