Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlı icra başçısı koronavirusa görə sakinlərə müraciət etdi

Gürcüstan Səhiyyə Nazirliyinin ölkədə koronavirusun aşkarlandığı ilə bağlı məlumat yayandan sonra Marneuli rayonunun icra başçısı Zaur Darğallı rayon sakinlərinə müraciət edib.

Bizimyol.info xəbər verir ki, icra başçsı sosial şəbəkə vasitəsilə sakinlərə müraciət edib.

Zaur Darğallı Zaur Darğallı

“Marneulidə yaşayan vətəndaşlardan xahiş edirik ki, koronavirusun qarşısını almaq məqsədilə ölkəni tərk etməsinlər”,-deyə icra başçısı Zaur Darğallı bildirib.

Qeyd edək ki, hökumətin bu günkü iclasında Gürcüstanın Səhiyyə naziri Ekaterine Tiqradzenin sözlərinə görə, koronavirusun Gürcüstanda geniş yayılma risqi yoxdur: “Dünən bir həftəlik İran səyahətindən sonra Azərbaycan vasitəsi ilə Gürcüstana keçən 50 yaşlı kişidə koronavirus aşkarlanıb. Həmin şəxs hal-hazırda Yolxucu Xəstəliklər Xəstəxanasındadır”.

Nazirin bildirdiyinə görə, hal-hazırda həmin xəstəxanaya adi qrip virusu ilə 10 xəstə yerləşdirib. Onlardan 5-i İtalyadan (1-i İtalya vətəndaşı, 4-ü Gürcüstan), 5- i isə İrandan gəlib. İrandan gələnlərin 1-i Gürcüstan, digərləri isə Azərbaycan vətəndaşlarıdılar.

Ramid İbrahimov

Paylaş »
››› İcra başçısının azad olunmuş ərazilərdən yayılan videosu qalmaqal yaratdı – Video
››› "Yarım addım qalıb... Biz istəyəndə sülhməramlılar çıxıb gedəcək"
››› Qalmaqallı generalın həbsdəki qardaşı haqqında yenə cinayət işi başlandı
››› Ermənistanda prezidentə qarşı impiçment: “Qan da tökülə bilər”
››› Bakıda iki fəhlə köhnə şkafdan 25 paçka dollar tapıblar: "Elə bildik ermənidən qalıb ..."
››› Məmurlar saxta QHT-lər vasitəsilə milyonlar mənimsəyirlər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »