Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə tapılan daş sandıq xristian dünyasını hərəkətə gətirdi - Foto

Türkiyənin Sinop rayonunda, Balatlar Tapı Topluluğu deyilən ərazidə 9 ildir davam edən arxeoloji qazıntılar nəticəsində çox maraqlı tapıntı aşkar edilib.

Bizimyol.info Yeni Şafak-a istinadən xəbər verir ki, Həzrəti İsanın çarmıxa çəkildiyi xaçı içərisində saxlayan qədim daş sandıq tapılaraq muzeyə təhvil verilib. Xristian dünyasını dərindən maraqlandıran və müqəddəs sayılan bu arxeoloji tapıntını Mimar Sinan Gözəl Sənətlər Universitetinin Sənət Tarixi fakultəsinin dekanı, professor Gülgün Koroğlunun rəhbərlik etdiyi arxeoloqlar qrupu üzə çıxarıb. Daş sandıq xaçla birlikdə Sinop Arxeoloji Muzeyinə təhvil verilib.

Sinopun bir liman şəhəri, eyni zamanda bəşər tarixinin ən qədim yaşayış məskənlərindən olduğunu söyləyən Sinop Mədəniyyət və Turizm müdiri Hikmət Tosun dünya tarixinin aydınlaşdırılması baxımından Balatlar Yapı Topluluğunda aparılan qazıntı işlərinin çox önəmli olduğunu vurğulayıb.

“Arrxeoloji qazıntılar davam etdikcə biz qədimdə bu ərazidə mehmanxana, ambar, hamam və əyləncə yerlərinin olduğunu ehtimal edirik. Hətta, Mitridatın sarayının burda yerləşdiyini və Mitridatın qızıl heykəlinin də burda olduğunu düşünürük. VI Mitridat Roma nı 42 dəfə fəth etmiş, tarixdə böyük şöhrətə sahib bir şəxsiyyətdir.Heykəl və saray tapılan gün Sinopa 1 milyon turist gələcək. Həzrəti isanın çarmıxa çəkildiyi həqiqi xaçın içərisində olduğunu düşündüyümüz daş sandıq tapdıq. Bu çox mübarək bir tarixi mirasdır. Roma Papasının nümayəndə heyəti xəbəri eşidib, Sinopa gəlib və araşdırma aparılıb.Ətraflı məlumat veriləcək”,- deyə o bildirib.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »