Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
MTN generalı şikayətini yenə geri götürdü

Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov və qurumun vəzifəli şəxsi Natiq Alıyevin kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

"Report"un xəbərinə görə, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən qapalı prosesdə Sübahir Qurbanovun kassasiya şikayətini geri götürdüyü elan edilib.

Digər məhkum Natiq Alıyevlə bağlı icraat isə davam edəcək.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə general-mayor Sübahir Qurbanov 14 il, Natiq Alıyev isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Bakı Apelyasiya Məhkəməsi onların şikayətlərini təmin etməyib.

Adıçəkilən məhkumlar və onlarla birlikdə təqsirli bilinən digər şəxslər bir neçə dəfə kassasiya şikayəti versələr də, sonradan şikayətlərini geri götürüblər.

Paylaş »
››› Rusiya Qarabağda Ermənistan ordusunu müharibəyə hazırlayır - Fotolar
››› Putin axır ki, "saray videosu"ndan danışdı və özünü daha da çətinə saldı - Video
››› “Ərdoğan Parisdən 3 saatlıq məsafədə Osmanlı İmperiyası qurur”
››› Putinin mənzilində yaşayan şəxs: “Navalnı gəlmişdi” - Fotolar
››› Xırdalandakı partlayışda yaralananların şəxsiyyəti məlum oldu - Siyahı
››› “Ermənistan altı ölkə arasında qurulacaq əməkdaşlığa qoşula bilər”
››› “Azəriqaz”dan Xırdalandakı partlayışla bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »