Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda "qohum-əqrəba" şirkətlərinin böyük maxinasiyaları

Azərbaycanda tenderlərlə bağlı xüsusi qanun qəbul olunub, hökumət, Nazirlər Kabineti tərəfindən təsdiq edilib, amma buna məhəl qoyan dövlət qurumu yoxdur.

Bizimyol.info xəbər verir ki, dövlət satınalmaları haqqında" Qanunun 2 və 4-1-ci maddəsinə görə, bu qanunun təsir dairəsinə düşən bütün dövlət təşkilatları öz satınalma planlarını elektron satınalma portalında yerləşdirməlidirlər.

Bu məcburi bir öhədlikdir.Lakin bu öhdəliklərə nə dərəcədə əməl edilir, ölkədə tenderlər və dövlət satınalınmaları hansı şəffaflıqla keçirilir? Təəssüf ki, islahat dalğası hələlik bu sahəyə gəlib çatmayıb. Verilən elanda satın alınacaq malların (işlərin və xidmətlərin) adı, tərkibi, həcmi, miqdarı və ölçüsü əks olunmalıdır. Əksər hallarda yerləşdirilən elanda xeyli sayda ad göstərilir, amma satın alınacaq malların (işlərin və xidmətlərin) tərkibi, miqdarı, həcmi və ya ölüsü barədə hər hansı məlumat verilmir.

Məsələn, Füzuli rayonu İH-nin planında göstərilir: "Uşaq baxcaları körpələr evi üzrə digər xərclər". Miqdarı göstərilir 1 ədəd. Lakin nə satın alınacaq malların (işlərin və xidmətlərin) tərkibi, nə də onların ölçüsü və ya həcmi barədə heç bir informasiya yoxdur.

Yaxud Ağdam rayon İH-nin satınalma planında göstərilir: "sair torpaq, tikili və avadanlıqların satın alınması", "maşın və avadanlıqların satın alınması" və s. Bu planlarda da nə tərkib (hansı növ maşın və avadanlıq) var, nə həcm və miqdar var.

Yəni ad olsun ki bu barədə informasiya yayıldı.

Araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəkə hesabında maraqlı bir fakt dərc edib. Ölkədə tenderlərdə iştirak etmək üçün formal olaraq yaradılmış şirkətlərin siyahısını dərc edib. Maraqlıdır ki. Bakı şəhərində müxtəlif ünvanlarda şəxsi evlərin üstünə yüzdən artıq saxta şirkət qeydiyyatdan keçirilib. Məsələn, Nizami rayonu Qara qarayev prospekti ev 1, mənzil 46-da 355 şirkət qeydə alınıb.

Digər saxta şirkətlərin siyahısını təqdim edirik:

Baki şəhəri Nizami rayonu, Qara Qarayev pr., ev 1, m. 46 - 355 şirkət

Baki şəhəri Nəsimi rayonu, Mir Cəlal 4 mkr, ev 60, m. 89 - 213 şirkət

Baki şəhəri Nizami rayonu, Azər Manafov, ev 14, m. 54- 207 şirkət

Mingəçevir şəhəri, Sabir, ev 11\51, m. 1 - 140 şirkət

Baki şəhəri Nəsimi rayonu, Asif Məhərrəmov, ev 15, m. 10 - 120 şirkət

Baki şəhəri Suraxani rayonu, Əmircan ştq, Neftçi (əmircan qəs.), ev 3, dalan 2 - 114 şirkət

Sumqayit şəhəri, 6 mkr, ev 27, m. 39 - 108 şirkət

Baki şəhəri yasamal rayonu, Şərifzadə, ev 80, m. 6 - 100 şirkət

İqtisadçı alim Qubad İbadoğlu da Bizimyol.info saytına verdiyi açıqlamada bildirib ki, Azərbaycanda tenderlər formal xarakter daşıyır və qapalı keçirilir. “Yerli İcra hakimiyyətlərinin nəzarətindən çıxmır və informasiya imkanları çox məhdud olur. İctimaiyyətə məlumat verilmir. Tenderlərin hansı məsələ ilə bağlı keçirilməsi kimlərin iştirak etməsi və kimlərin qalib gəlməsi barədə məlumat verilməlidir. Təəssüf ki,bizdə bu barədə məlumat ictimai əlçatan deyil. İlk növbədə hesabatlılq və şəffaflıq təmin olunmalıdır. Tenderlərin keçirilməsi yerli İcra hakimiyyəti orqanlarından asılıdır.Bu həm mərkəzi həm də yerli formada maraqlar konflikti yaranır. Xaricdə elektron tender sistemi daha çox yayılıb. Ən şəffaf metod internet üzərindən tenderdə iştiraka müraciət təmin olunmalıdır. Azərbaycanda maraq konflikti təmin edilməyib. Şəffaflıq hesabatlılıq təmin olunsa, tenderlərlə bağlı korrupsiya faktlarının azalması təmin olunardı”.

İqtisadçı alim Vahid Əhmədov da qeyd edir ki, tenderlər tender keçirən sahibkarın, rəhbərin monopoliyası altına düşür.Tenderi istədikləri şəxsə verir, istədikləri şərtlərlə istədikləri insanı qalib elan edirlər.

“Elan verirlər ki, tender var. Sonra məlum olur ki, tenderdə iştirak edib əsas qalib gələn tərəf tenderi aparan təşkilatın rəhbərinin ya qohumudur, ya onlara yaxın adamdır”.

Bizdən demək.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »