Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Suyun düzgün qaynadılması QAYDALARI
Su həyatdır. Sağlam olmaq istəyən insan hər gün kifayət qədər adi təmiz su içməlidir. Suyu heç bir digər mayelərlə - çay, müxtəlif içkilər və s. əvəz etmək olmaz.

Gündəlik istifadə etdiyimiz içməli suyun tərkibində bəzi ziyanlı maddələr var - xlor, ağır metalların duzları, mikroblar və s. Özünüzü və uşaqlarınızı sağlamlıq problemlərindən sığortalamaq istəyirsinizsə yalnız qaynadılmış su için. Lakin suyun qaynadılmasının da öz qaydaları var. Bu qaydalara əməl etməklə siz suyu daha təmiz və ziyansız edəcəksiniz.

1. Suyu krandan şüşə balona doldurun və 6-7 saat saxlayın. Balonun dibində çöküntü əmələ gələcək.

Daha sonra suyun 3/4 hissəsini çox ehtiyatla çaydana tökün. Nəticədə suda xlor birləşmələri və ağır metalların miqdarı azalır.

2. Suyu qaynadın. Mütəxəssislər suyu elektrik çaydanda qaynatmağı tövsiyə etmir. Suyu orta odda 5 dəqiqə ərzində qaynatmaq lazımdır. Qaynadıqdan sonra su ziyanlı mikroblardan təmizlənir.

Suyu uzun müddət ərzində qaynatmayın. Əgər suyun miqdarı xeyli azlıbsa, bu suyu istifadə etməyin. Belə suyun tərkibində ziyanlı birləşmələrin konsentrasiyası artmış olur.

Diqqət! Krandan gələn suyun rəngi dəyişilibsə, su bulanıqdırsa, sudan hər hansı qoxu gəlirsə, belə sudan içmək üçün istifadə etməyin! (Sivil.Az)

Paylaş »
››› Daha bir Türkdilli dövlətdə ruslarla bağlı qalmaqal
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Terror aktına görə danlanan idarə rəisi özünü öldürdü
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Şəhidin qardaşı bayrağı dəyişərkən hündürlükdən yıxılaraq ölüb
Son xəbərlər
Bütün xəbərlər »