Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Canni İnfantino FİFA-nın 10 planını açıqlayıb

FİFA-nın qarşıdakı üç il üçün iş planı müəyyənləşib.

Qurumun prezidenti Canni İnfantino fəaliyyət planının 10 əsas bəndini açıqlayıb.

“2020-2023-ün görünüşü: Futbol həqiqətən qlobal edərkən” adlı sənəddə aşağıdakı müddəalar yer alıb.

1. Bütün qitələrin ehtiyacları baxımından faydalı olan, hamı üçün vahid beynəlxalq təqvim.

2. Futbolu daha hücumameylli etmək üçün oyun qaydalarının optimallaşdırılması.

3. Pulların futbolda saxlanılması üçün transfer sisteminin islahatı (bunun agentlərin varlanması ilə mübarizəyə xidmət edəcəyi ehtimal olunur).

4. Futbolçuların, məşqçilərin və klubların iqtisadi, müqavilə və digər baxımlardan müdafiəsinin yeni mexanizmləri.

5. 2021-ci ildən keçiriləcək yeni klublararası dünya çempionatının inkişafı və irəliləyişi.

6. Bütün futbolçular arasında mütəmadi məsləhətləşmələr.

7. Turnirlərin iqtisadi, sosial baxımdan davamlılığı və ətraf mühitə təsiri üzərində iş.

8. Turnir sisteminin islahatı.

9. VAR sisteminə onun hamıya əlçatan olmasına görə və hakimlərlə ünsiyyət prosesini yaxşılaşdırmaq üçün investisiyaların qoyuluşu.

10. İrqçiliklə mübarizə, insan haqlarını müdafiəsi, qadın futbolunun inkişafı, həddi-buluğa çatmayan futbolçuların müdafiəsi və s. (Apasport.az )

Paylaş »
››› İlham Əliyev iranlı jurnalistə irad bildirdi
››› Putinin “üçüncü qızı” danışdı: “Ona görə çox təhqir edirlər”
››› Hərbiçilərin maaşları ilə bağlı açıqlama nəyi nəzərdə tutur...
››› Portuqaliya kinoşirkəti Xocalı faciəsini ekranlaşdırıb - Video
››› Bakı Metropoliteni: Sərnişinləri qarşılamağa hazırıq
››› Dolların bahalaşması qızılı ucuzlaşdırdı
››› Azərbaycanda necə milyonçu olmaq olar: "Arxasında gözəgörünməz əl var"
Son xəbərlər
Bütün xəbərlər »