Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranda cümə namazını ləğv etdilər

Koronavirus İranda insanların həyat tərzini dəyişib. Məktəblər, universitetlər, kinoteatrlar bağlanıb. İnsanlar xarici səfərlərini təxirə salır. Qonşu ölkələrlə sərhədlər də bağlanıb.

Bizimyol.info xəbər verir ki, İranda cümə namazını ləğv ediblər. Beləliklə, fevralın 28-də məsciddə ənənəvi ritual keçirilməyəcək. Bu cür davam edərsə, hələ uzun müddət cümə namazlarına icazə verilməyəcək.

Hələ bundan əvvəl Qum şəhərində məscidləri bağlamışdılar. Çünki İranda koronavirusun episentri məhz bu şəhər sayılır. İlk virusa yoluxma halı Qumda qeydə alınmışdı.

İranda ümumilikdə 100-dən çox yoluxmanın olduğu bildirilir. Rəsmi Tehran yalnız 18 nəfərin öldüyünü deyir. ABŞ isə İranı virusla bağlı məlumatları gizlətməkdə ittiham edir. Vaşinqton bizim qonşu ölkədə daha çox insanın öldüyünü düşünür.

Paylaş »
››› İlham Əliyev iranlı jurnalistə irad bildirdi
››› Putinin “üçüncü qızı” danışdı: “Ona görə çox təhqir edirlər”
››› Hərbiçilərin maaşları ilə bağlı açıqlama nəyi nəzərdə tutur...
››› Ermənistan niyə silahlanır … - “Daim ayıq-sayıq olmalıyıq”
››› Portuqaliya kinoşirkəti Xocalı faciəsini ekranlaşdırıb - Video
››› Dolların bahalaşması qızılı ucuzlaşdırdı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »