Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranda 39 nəfər koronavirusdan sağalıb

İranda yeni növ koronavirusa yoluxan 39 nəfər sağalıb.

Bu barədə “Fars” agentliyi məlumat yayıb. Sağalanlar Qum, Gilan, İsfahan, Əlburz, Gülüstan, Mərkazi, Hörmüzqan və Kirmanşah şəhərlərindəndir. Sağalanların əksəriyyəti (30 nəfər) Qum şəhərindədir.

İranın Vitse-prezidenti Eshaq Cahangiri Tvitter səhifəsində ölkədə koronavirusun yayılması əleyhinə mübarizə aparan hər kəsə təşəkkürünü bildirib. O, koronavirusun hazırda ölkənin birinci dərəcəli problemi adlandırıb.

Qeyd edək ki, İranda koronavirusa ilk yoluxma halı fevralın 19-da Qum şəhərində qeydə alınıb. Virusa yoluxanların sayı 139 nəfərə çatıb. Onlardan 19-u dünyasını dəyişib. (Qafqazinfo.az)

Son xəbərlər
Bütün xəbərlər »