Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Roma Papası da koronavirusdan qorxur

Asiyada koronavirusun qeydə alınmadığı bir neçə ölkə qalıb. İraqda yox idi, ora da İrandan keçib.

Bizimyol.info xəbər verir ki, Roma Papası da koronavirusdan qorxduğunu göstərib. Papa Fransisk İraqa səfərini məhz bu üzdən təxirə salıb. Hərçənd, rəsmi açıqlama da bu haqda danışılmır.

Vatikandakı Müqəddəs Pyotr meydanında çıxış edən Roma Papası səfərin təxirə salınması barədə məlumat verib. O, iraqlılar və İraq üçün dua edəcəyini bildirib.

İndiyə qədər koronavirusa 80 mindən çox insan yoluxub. 2750 nəfər buna görə həyatını itirib.

Ümumilikdə 42 ölkədə koronavirus qeydə alınıb. Gecə saatlarında Əlcəzairdən bu qəbildən olan xəbər gəlmişdi. Bu gün Yunanıstanda və Braziliyada yoluxma halını təsdiqləyiblər.

Son xəbərlər
Bütün xəbərlər »