Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ruhanidən koronavirus açıqlaması

ABŞ qripdən ölən minlərlə vətəndaşı barədə düşünsün.

Bunu İran Prezidenti Həsən Ruhani deyib.

“Koronavirus bizim düşmənlərimizin əlində ölkədə sənayenin dayanması üçün silah olmamalıdır. Amerikalılar öz ölkəsində qripdən ölən minlərlə vətəndaş barədə düşünsünlər”, – deyə o bildirib.

O qeyd edib ki, koronavirusa görə hansısa şəhərdə və ya bölgədə karantin elan olunmayacaq.:

“Ümumiyyətlə, bir yerin bağlanması valiliyin, nazirlərin işi deyil, bu, Korona ilə Mübarizə Mərkəzinin səlahiyyətindədir. Həmin qurum da hələlik belə bir qərar verməyib”.

Qeyd edək ki, bundan öncə ABŞ Dövlət katibi Mayk Pompeo İranın koronavirusla bağlı vacib informasiyanı gizlətdiyinə dair iddia ilə çıxış etmişdi. (Axar.az)

Son xəbərlər
Bütün xəbərlər »