Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə Rusiya gəmilərinin yolunu kəsməyə hazırlaşır - İddia

İdlib əməliyyatlarında ayrı-ayrı cəbhələrdə yer alan Türkiyə və Rusiya arasındakı gərginlik dərinləşir. Türkiyə Bosfor boğazında Rusiya gəmilərinin yolunu kəsməyə hazırlaşır.

Bizimyol.info xəbər verir ki, “Haber Türk”ün qonağı olan siyasi şərhçi Muharrem Sarıkaya belə iddia irəli sürüb. O, hakimiyyətdəki mənbələrə əsaslandığını bildirib. Sarıkayanın sözlərinə görə, bununla bağlı təklif prezident Rəcəb Tayyib Ərdoğanın stolunun üzərindədir. Montrö konvensiyasına görə Türkiyənin belə addım atmağa haqqı var.

Sarıkaya deyib ki, Türkiyənin Bosfor boğazını Rusiya gəmiləri üçün bağlamağa mənəvi haqqı da çatır. Çünki ruslar İdlibdə Türkiyə ordusunu itki verməyə məcbur ediblər.

İndiyə qədər Ankaranı 8 sutka əvvəldən xəbərdar etməklə gəmilər rahatca Bosfor boğazından keçə bilərdi. Amma İdlibdə tərəflər arasında konsensus əldə edilməsə, yaxın günlərdə Türkiyə rusların yolunu kəsəcək.

Son xəbərlər
Bütün xəbərlər »