Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Keçmiş prezidentin qızı həbsxanadan çıxmaq üçün 686 milyon dollar təklif edir

Özbəkistanın keçmiş prezidentinin qızı Gülnarə Kərimova həbsxanadan çıxmaq üçün indiki dövlət başçısına pul təklif edib. O, 686 milyon dollar verməyə hazır olduğunu bildirib.

Bizimyol.info xəbər verir ki, Gülnarə Kərimova “Instagram” hesabından təklifini səsləndirib.

Gülnarə Kərimova Gülnarə Kərimova

Amma keçmiş prezidentin qızı buna rüşvət donu geyindirməyib. O, təklifi dövlətin xərclərinə kömək adlandırıb.

Kərimova yazır ki, onun həbsxanada düşünmək, hər şeyi götür-qoy etmək üçün çox vaxtı olub. Bu dəfə dilə gətirməsə də, ona qarşı çox pis davranışın olduğu gizli deyil. Kərimovanın 1,2 milyard dollarlıq sərvətini əlindən alıblar.

Keçmiş prezidentin qızının Şavkat Mirzeyeva təklif etdiyi pul İsveçrə bankındadır. Kərimova cinayət işinin bağlanacağı təqdirdə kin saxlamamağa, dövlətin xeyrinə addım atmağa söz verir.

Kərimova müraciətində başqa yol görmədiyin söyləyib. Çünki məktublarını prezidentə çatdırmırlar.

Son xəbərlər
Bütün xəbərlər »