Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hindistanda müsəlmanları qırırlar - Video

Hindistanın paytaxtı Dehlidə müsəlmanlara qarşı zorakılıq törədilir. Hələ gecə saatlarında “Twitter”də şəhərin Yeni Dehli hissəsində evlərin necə hücuma məruz qaldığı, yandırıldığı görünürdü.

Bizimyol.info xəbər verir ki, BBC hazırladığı süjetdə qarşıdurma zamanı 18 nəfərin həlak olduğunu qeyd edib. Ümumilikdə 189 nəfər xəsarət alıb. BBC iki məscidin dağıdıldığını bildirir.

Hələlik tərəflər bir-birini ittiham edir. Amma müsəlmanların böyük zərər gördüyü göz önündədir. Elə ölənlərin əksəri də Yeni Dehlinin müsəlman kəsimindəndir. Həyatını itirənlərdən birinin polis olduğu qeyd edilir.

Ümumiyyətlə, polis qarşıdurmanın qabağını almağa çətinlik çəkir. BBC say azlığını əsas səbəb kimi göstərir.

Müsəlmanların evlərinə əsasən gecə saatlarında hücum olub. Sosial şəbəkələrdəki videoda hücum edənlərin qapıları şalbanlarla vurub açdığı aşkar görünür.

Yaralanan müsəlmanlardan biri deyir ki, onun üstünə dəstə ilə hücum ediblər. Onu ağacla döyəndən sonra hinduizmə aid şüarlar deməyini istəyiblər.

“Al Jazeera” telekanalına danışan zərər görənlərdən biri Məhəmməd Osman bacısı və anası ilə birlikdə baş verənlərə etiraz edərkən möhkəm döyüldüyünü söyləyib. Telekanalın süjetində müsəlmanların maşınlarının yandırıldığı nəzərə çarpır. “Al Jaazera” ölənlərin sayının 30-u keçdiyini iddia edir. Bu gün bölgəyə minlərlə polis qüvvəsi cəlb olunub.

Son xəbərlər
Bütün xəbərlər »