Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: “Geri addım atmayacağıq”

İdlibdə hərbi əməliyyatları davam etdirən Türkiyə ordusu Nayrab şəhərində mövqelərini gücləndirib. Rusiya hərbi təyyarələrinin həmlələri də türkiyəliləri qorxutmur.

Bizimyol.info xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da çıxışında təxminən belə mövqe ortaya qoyub. Dövlət başçısı ruhdan düşmədiklərini deyib: “Geri addım atmayacağıq. Bircə problemimiz odur ki, hava məkanından istifadə edə bilmirik. Amma bu məsələni də həll edəcəyik”.

Ərdoğan fevralın sonuna qədər Suriya ordusunu geri çəkilməyə məcbur edəcəklərini söyləyib.

Son günlər Türkiyə ordusunun döyüşlərdə ciddi itkiləri olub. Ən azı 16 əsgərin öldüyü dəqiqdir. Rusların hava həmlələri türkiyəliləri çətin vəziyyətdə qoysa da, Nayrabda uğur əldə olunur. Türkiyə ordusu zərbələri lazımınca dəf edir.

Son xəbərlər
Bütün xəbərlər »