Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranda koronavirusa görə 24 nəfər həbs olundu

“İranın hüquq-mühafizə orqanları ölkədə koronavirus barədə bilərəkdən yalan məlumat yaymaqda şübhəli bilinən 24 nəfəri həbs edərək məhkəmə orqanlarına təhvil verib”.

Bunu İran kiberpolisinin rəhbəri Vahid Məcid deyib.

Onun sözlərinə görə, hazırda kiberpolis internetdə yayımlanan materialların, o cümlədən video, xəbər və fotoşəkillərin yalan məlumat olması predmeti üzrə ətraflı monitorinq aparır.

Qeyd edək ki, rəsmi məlumata görə, İranda 139 koronavirusa yoluxma halı qeydə alınıb, 19 nəfər virusdan ölüb. (Report.az)

Son xəbərlər
Bütün xəbərlər »