Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pul həqiqətən də əl çirkidir: Virusların yayılmasında pulun böyük rolu var

Yeni ilin başlaması ilə dünyanı həyəcanda saxlayan epidemik xəstəliklərin yayılmasında əldən ələ ötürülən nağd pulların da rolu var və onların təmizlik prosesinə cəlb edilməsi gündəmdədir.

Mastercard-ın rəhbərliyi ilə Oxford Universitetinin alimləri tərəfindən Avropanın 15 ölkəsində aparılan araşdırma nəticəsində nağd pulların üzərində yaşayan bakteriyalar aşkara çıxarılıb. Elmi sınaqlar pul əskinaslarının üzərində 26 mindən çox bakteriyanın olduğunu sübuta yetirib. Onların arasında tənəffüs və sidik yollarına infeksiyaya səbəb olan bakte Cüzdanınızda neçə min bakteriyanın yaşadığını bilirsinizmi?

Son zamanlar epidemik xəstəliklərin bütün dünyada narahatlıq yaratması, həmçinin virus, mikrob və bakteriyaların yayılmasında nağd pulun rolunun gündəmə gəlməsi ilə bəzi ölkələr nağd pulların ultrabənövşəyi şüalarla təmizlənməsi prosesinə başlayıb. 2013-cü ildə Mastercard və Oxford Universiteti tərəfindən həyata keçirilən araşdırmada1 isə Avropadakı ortalama bir əskinasın üzərində sağlamlığa zərər vermə potensialına sahib 26 min bakteriyanın mövcud olduğunu aşkarlanıb. Eyni araşdırmaya görə hətta ən yeni əskinasın üzərində belə orta hesabla 2400 bakteriya var və onlar tənəffüs və sidik yollarının infeksiyasına səbəb ola bilər. ABŞ-da aparılmış müstəqil bir araşdırmaya görə isə soyuqdəymə kimi bir xəstəliyə yoluxmuş birinin toxunduğu pulda viruslar 12 gün boyunca yaşayır.

Oxford Universitetinin Mühəndislik üzrə Professoru Aym Tompson araşdırmayla bağlı deyib: “Avropalıların pulun çirkli olduğu barədə fikirləri səbəbsiz deyil. Daha öncə həyata keçirilən çalışmalar, insanlarda xəstəliyə səbəb ola bilən və zərər vermək potensiyalına sahib Klebsiella2 və Enterobacter3 kimi bakteriya növlərinin yayıldığını müəyyən edib. Belə ki, İngiltərənin Baş Tibbi İşçisi və Səhiyyə Nazirliyinin Baş Elmi Məsləhətçisi Salli Deyvis də antibiotiklərə müqavimət göstərən bakteriya növlərinin getdikcə artan bir təhlükə yaratdığını bildirib. Pul əskinaslarına çox sayda insan əlinin dəydiyini nəzərə alsaq, antibiotiklərə müqavimət göstərən bakteriya növlərinin yayılmasında pulun rolunu araşdıran bir çalışma həyata keçirilməsi məntiqli olar.”

Avropanın ən vasvası xalqı Türklərdir.

Avropalılar arasında nağd pulun çirkli olmasına ən çox inanan qrup Türklərdir. Türk xalqının 86 faizi nağd pulun gigiyenik olmadığını düşünür, 40 faizi isə pula toxunduqdan sonra mütləq şəkildə əllərini yuyur. Bu faiz göstəricisi qadınlarda 45 faizə, yaşı 55-dən çox olanlarda isə 48 faizə çatır.

Türk xalqına görə, nağd pul ümumi tualetlər qədər çirklidir

Araşdırmaya qatılan Türk istehlakçılarının 88 faizi başqasının diş fırçasını istifadə etməyi və ümumi tualetləri “çirkli” olaraq qeyd edərkən, ikinci sırada 86 faizlə nağd pulla təmasda olmaq gəlir. Nağd pulun ardınca isə kağız dəsmal paylaşmaq, ictimai nəqliyyat vasitələri, qapı dəstəkləri, bilet kassaları və avtomat maşınlar gigiyenik olmayan obyektlər və şəraitlər olaraq adlandırılır. Pulun çirkli olmasına inam qadın istehlakçılar arasında 91 faizə çatır.

Nağd pul əvəzinə kart istifadəsi daha gigiyenikdir

Türk xalqının 99 faizi gigiyena şərtlərini yaxşılaşdırmaq üçün həyat tərzlərində dəyişikliklər etməyə hazır olduqlarını bildirir. Nağd pulun əvəzinə hansı alternativ ödəmə üsuluna üstünlük verəcəkləri soruşulan Türk istehlakçılar, Avropadakı digər istehlakçılardan fərqli olaraq öncəliyi təmassız kartlara verəcəklərini (66 faiz) deyir. Bununa ardınca 63 faizlə kredit kartı, 41 faizlə onlayn ödəmə və 26 faizlə mobil ödəmə gəlir.

Son xəbərlər
Bütün xəbərlər »