Bloqçu Ata Abdullayev fevralın 25-dən 26-a kecən gecə Bakının Nizmai küçəsi ilə Səid Rüstəmov küçələrinin kəsişməsində yerləşən “Face klub”da reyd keçirib.
Bizimyol.info xəbər verir ki, A.Abdullayev restoran rəhbərliyinə Xocalı soyqırımın olduğu gündə klubda əyləncənin olmasına etiraz edib və Daxili İşlər Nazirliyinin qaynar xəttinə zəng edərək şikayət edib.
A.Abdullayev klubda musiqinin dayandırılması tələbindən sonra qonaqlar və turistlərin bir hissəsi klubu tərk ediblər.
Əraziyə gələn polis şikayəti araşdırmağa çalışıb. Bu zaman restoranın idarəçiləri ilə A.Abdullayev arasında gərginlik artıb.
“Bir gün pul qazana bilmədiniz? Sizinlə sona kimi mübarizə aparacam”,- deyə A.Abdullayev bildirib. Bloqçu Ata Abdullayev onun təhqir olunduğunu iddia edərək polisə şikayət edib.
Xatırladaq ki, Xocalıda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı soyqırım baş verib.
İnternetdə yayılan məlumata görə, bir neçə il öncə A.Abdullayev mintinqdə iştirak edən şəhid ailələrinə təzyiq göstərib.