Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya mətbuatı Xocalı haqqında: “Qadınlar və uşaqlar qarın üstündə titrəyərək ölürdülər"

Azərbaycanın Xocalı şəhərinə edilən hücum zamanı 600-dən çox dinc sakin öldürülüb.28 il keçsə də günahkarlar cəzalandırılmayıb. Bizimyol.info xəbər verir ki, bu sətirlər Rusiyanın nüfuzlu Lenta.ru saytında dərc edilib.

“28 il öncə 1992-ci il fevralın 26-da Dağlıq qarabada, Xocalı şəhərində baş vermiş fəlakətin acısı hələ də azərbaycanlıları göynədir. Ermənistan silahlı qüvvələri vacib strateji əhəmiyyətə malik Xocalı şəhərinə hücum edib, onu mühasirəyə aldılar. Bu hücum nəticəsində dinc sakinlər kütləvi şəkildə qətl edildi. 600-dən çox azərbaycanlı qətlə yetirildi ki, onların da əksəriyyəti qadınlar , qocalar və uşaqlar idilər.Günahkarlar hələ də cəzalandırılmayıb. Xocalı qətliyamı Dağlıq Qarabağ müharibəsinin ən qanlı və qəddar səhifəsi kimi yaddaşlara yazıdlı”,- deyə məqalədə bildirilir.

newizv.ru saytı da Xocalı faciəsi barədə məqalə dərc edib.Politoloq İvan Petrovskinin müəllif olduğu məqalədə deyilir ki, heç bir hərbi arqument və hərbi qaydalar Xocalıda baş vermiş soyqırıma haqq qazandıra bilməz.

“Ermənilərin Xankəndindən 10 km uzaqda yerləşən Xocalı şəhərinə xüsusi marağı var idi.Şəhərə hücum edilməzdən qabaq su, elektrik, telefon rabitəsi kəsilmidi. Lakin insanlar təxliyə olunmamışdı.Faciənin fevralın 25-dən 26-na keçən gecə baş verməsini ermənilər 4 il öncə Sumqayıt şəhərində baş vermiş hadisələrlə əlaqələndirib, bunu bir növ intiqam yanğısına çevirmişdilər.Hərçənd Sumqayıt faiciəsinin də günahkarları bəlli deyil və ermənilərə qarşı çıxanların arasında elə erməni millətindən olanlar var idi. Hadisə şahidlərinin dediyinə görə ,Xocalıya hücum etmiş 366-cı motoatıcı alayın tərkibində 103 erməni döyüşürdü. Bu barədə general Polyakov məlumat verib.Gecə saat 23:00-da silahlar işə düşüb, saat birdə piyada qoşunlar şəhərə daxil olub, səhər saat 7-də isə şəhər artıq əzilərək qan gölünə çevrilmişdi.Təkcə Ağdam hospitalına gətirilən 200 meyidin 51-i qadın, 13-ü uşaq idi.. Faciədən dərhal sonra Rusiya və Avropa nəşrlərində yer alan xəbər başlıqları dəhşətlıi idi.

- Ölən uşaqlardan birinin yalnız başı tapıldı

- Meyidlərin hamısı eybəcər hala salınmış, təhqir olunmuşdu

- 3 meyidin baş dərisi soyulub, dırnaqları çıxarılmışdı

- Uşaqların qulaqları kəsilmiş, qoca qadınların üzlərinin yarısı soyulmuş, kişilərin baş dərisi qoparılmışdı

Bu vəhşiliyin heç bir müdafiə yeri , haqq qazandırılmalı tərəfi yoxdur.Xocalı faicəsi Azərbaycan xalqının yox, bəşəriyyətin, bütün insanlığın faciəsi idi. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil”,- deyə məqalədə yazılır.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »