Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Daha bir deputatın “liderliyindən” məhkəməyə şikayət edildi

125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Anar Əsədli bu seçki dairəsinin nəticəsi ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət edib.

Bizimyol.info-nun məlumataına görə, A.Əsədli bildirib ki, seçki marafonu bitsə də, bu yarışın nəticələrinə əl uzadan, saxtakarlıq edən şəxslərlə hüquqi müstəvidə mübarizəni davam etdirəcək.

Anar Əsədli Anar Əsədli

“Fevralın 24-də Mərkəzi Seçki Komissiyasında (MSK) 125 saylı Zəngilan-Qubadlı seçki dairəsində seçkinin nəticələrinin ləğv olunması ilə bağlı şikayətimizə baxıldı və iki məntəqədə seçkinin nəticəsinin ləğv olunmasına, Dairə Seçki Komissiyasının (DSK) sədrinin cəzalandırılmasına qərar verildi. MSK-nın qərarı ilə razılaşmadığımız və ədalətsiz hesab etdiyimiz üçün bununla bağlı dünən Apellyasiya Məhkəməsinə şikayət ünvanladıq. Bizim hüquqi müstəvidə mübarizəmiz davam edir. Mübarizəmizi dairə üzrə seçkinin nəticələrinin ləğvinə qədər davam etdirəcəyik”-deyə A.Əsədli bildirib.

125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputat İmamverdi İsmayılov İmamverdi İsmayılov

A.Əsədli apellyasiya şikayətində qeyd edib ki, qarşılaşdıqları qanun pozuntuları ilə bağlı fevralın 10-da seçki dairəsinə və MSK-ya şikayət edilib: “Tərtib edilən bütün aktların sürəti və 109 video-fakt təqdim edilib. DSK qanunvericiliyin tələblərini kopud şəkildə müraciətimizə 3 gün ərzində deyil cavab verməyib. Fevralın 16-da ünvanladığımız təkrar şikayətimizə də bir gün sonra qərar verərək şikayətimizi əsassız hesab edib. MSK da müraciətimizə baxaraq qanun pozuntularının təsdiqini tapmadığını bildirib. Yalnız 48 və 50 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin ləğv edilib”.

Xatırladaqki, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsində YAP-ın namizədi İmamverdi İsmayılov 41.0 faiz səslə liderdi.

Son xəbərlər
Bütün xəbərlər »