Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranda epidemiya böyüyür: Səhiyyə Nazirliyi küçələrə çıxmamağa çağırır

İran Səhiyyə Nazirliyi koronavirusun təsdiq edildiyi 11 əyalətdə insanlara küçəyə çıxmamamğa çağırıb.

Bizimyol.info xəbər verir ki, nazir Səid Nəməki karantin təbiq etmək məcburiyyəti yaranmaması üçün insanlara məcbur olmadıqları zaman küçələrə çıxmamağı tövsiyə edib. O bu çağırışı İranın Dövlət Televiziyası ilə çıxışı zamanı səsləndirib.

Virusun yayıldığı Qum şəhəri başda olmaqla 11 əyalətdə ciddi nəzarət yaradıldığını deyən Nəməki vətəndaşlardan məcburi olmayan səyahətlərdən yayınmağı, evlərdən çıxmamağı xahiş edib:“Səhiyyə Nazirliyinin tövsiyələrinə əməl edin və bizi karantin elan etmək məcburiyyətində qoymayın”,- deyə o bildirib.

Əsasən Qum şəhərinə gedib gələnlərin infeksiyaya yoluxduğunu söyləyən səhiyyə naziri yoluxma sayının 95, ölənlərin sayının isə 15 olduğunu qeyd edib.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »