Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin qripinə qarşı "kitayski" maska: Bizdə niyə maska istehsal olunmur...

Bir neçə gündür ölkədəki koronavirus ajiotajı səbəbilə apteklərdə tibbi maska qıtlığı yaşanmaqdadır. Maskalar limitlə və dəyərindən baha qiymətə satılmağa başlayıb. Təhsil Nazirliyinin tövsiyəsi əsasında orta məktəblərdə müəllimlərin şagirdlərdən maska tələb etməsi iə vəziyyət bir az da gərginləşib. Maska tapılmır. Hərçənd o virusun qarşısını maska ilə almaq mümkün deyil. Lakin ən sadə texnologiya ilə hazırlanan tibbi maskanın belə hələ ölkəmizdə xəstəlik aşkar olunmadan yoxa çıxması o deməkdir ki, virus yayılsa işimiz ürəkaçan olmayacaq.

İqtisadiyyat nazirliyi bildiri ki, Azərbaycana tibbi maskalar xarici ölkələrdən idxal olunur. Bu ölkələrdə qiymət artımı Azərbaycanda da tibbi maskaların pərakəndə satış qiymətinə təsir edib. Bununla belə, istehlak bazarında baş verən qiymət dəyişiklikləri ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müvafiq araşdırmalar aparılır və qiymətlərdə süni artım müəyyən edildiyi halda qanunvericiliyə uyğun tədbirlər görüləcək.

Səhiyyə Nazirliyi isə bildirir ki, maskaların satışı ilə məşğul olan firmalar hamısı özəldir, biz qarışa bilmərik. Taleyüklü bir məslə qarşısında verilən bu cavab da bir ölkənin nazirliyinə yaraşmır.Bəs bu maska və onun kimi bır sıra xırda məişət malları niyə ölkəmizdə istehsal olunmur?

Nəsib Məhəməliyev Nəsib Məhəməliyev

Bizimyol.info-nun bu sualına Milli Məclisin deputatı Nəsib Məhəməliyev cavab verir: “Həqiqətən də koronavirusdan qorunmaq üçün maska məsələsiində müəyyən ajiotaj yarandı. Bu tək Azərbaycanda deyil, digər ölkələrdə də müşahidə olundu. Hətta bəzi ölkələrdə kilometrlərlə növbələrin yarandığının şahidi olduq. Bu da həmin virusun qəflətən və sürətlə yayılması ilə əlaqədardır. Adi vaxtlarda belə maskalara ciddi tələbat olmadığı üçün, iş adamları bu tipli məhsulların istehsalına maraq göstərmirlər. Yəni rentabellilik baxımdan o qədər də səmərəli olmadığı üçün. Ansaq bu əsas vermir ki, bu və yüzlərlə çoxsaylı istehlak mallarını istehsal etməyək. Hökumət bu sahədə sahibkarları təşviq etməli, daxili bazarın qorunması üçün tədbirlər görməli,onlar da öz növbəsində kreativlik nümayiş etdirərək konyukturaya uyğun məhsullar buraxmalıdırlar. Texniki və texnoloji cəhətdən belə malların istehsal olunması üçün heç bir problem görmürəm. Bir məsələni də nəzərə almaq lazımdır ki, onları xaricdən gətirmək daha ucuz başa gəlir, nəinki daxildə istehsal etmək. Bazar iqtisadiyyatı şəraitində dəqiq hesablamalar aparılmalıdır”.

Natiq Cəfərli Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli də hesab edir ki, ölkədə istehsal prosesinin aparılması üçün hökumətin təşviqedici addımlarına ehtiyac var: “Bu ölkəmizin yaralı yeridir. İki səbəbi var. Obyektiv səbəb odur ki, bizdə istehsal baha başa gəlir və xaricdən gətirilən ucuz mallarla rəqabət aparmaq imkanı olmur.Bunun aradan qaldırılması üçün ölkədə maya dəyərinin aşağı salınması yönündə müəyyən addımlar atılmalıdır. İkinci daha qlobal səbəb Azərbaycanda isethsalı stimullaşdıran alətlərdən istifadə olunmur .Bu uzun müddətli, aşağı fazili kreditlərdir,vergi gömrük güzəştləridir , inzibati resursların biznesin işinə müdaxiləsinin azaldılmasıdır. Rəqabət mühitinin sağlamlaşdırılmasıdır. Ona görə ən adi məhsulların istehsalını qurmaq mümkün deyil, buna görə asılı vəziyyətə düşmüşük.Sahibkarlıq deyəndə bizdə yalnız alıb, gətirib satmağı nəzərdə tuturuq. Əslində azərbaycanlılar sözün yaxşı mənasında girişimçi insanlardır. Onlara rahat şərait yaradılsa, hər şey edə bilərlər. Sadəcə biznesin gələcək inkişafı üçün dövlət orqanlarına güvən yoxdur, istehsala maraq yoxdur.İndi biz ajiotajın pik dövrünü yaşayırıq. Lakin, bu bizə dərs olmaldır.Orta və kiçik sahibkarlığa şərait yaradılmalıdır ki, xaricdən asılılığımız azalsın və bu kimi vəziyyətlərdə problemlərlə üzləşməyək”.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »