Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Günün ulduz falı: 26 fevral, 2020

Qoç - səhər saatlarından etibarən aktiv olun. Fiziki iş üçün əlverişli zamandır. Rəqiblərlə mübarizədə geri çəkilməyin.

Məntiqli və soyuqqanlı olun. Günün ilk yarısında planlarınıza ailə qayğıları, ev işləri mane ola bilər. Yaşananlara həddən ziyadə emosional reaksiya verməyin.

Buğa - dəyişikliklərə duyulan ehtiyac labüd olsa da, ifrat tənqidə varmayın. Həmkarlarınız və yaxınlarınızın könlünə dəymədən situasiyaya təsir variantını tapın. Müdriklik, praktik davranış sizə vaxtdan öz maraqlarınızın təminatı üçün yararlanmağa imkan verəcək. Tənbəllik etməyin, səliqəli və dəqiq olun.

Əkizlər - işgüzar və şəxsi münasibətlərdəki nüanslara diqqət yetirin. Tərəfdaşla təmaslar, işlə bağlı öhdəlik və vədlər önəmli məsələlərdir. Yükün paylaşdırılması və məsuliyyətin bölüşdürülməsində ədalətli davranmaq gərəkdir. Ədalətli olun, başqalarından da bunu tələb edin. Rəqabət güclənir.

Xərçəng - cari işlərdə ətalətə qapılmayın, yaranan şansları dəyərləndirin. Enerji səviyyəsi çox olduğundan konstruktiv fəaliyyəti seçin. Ünsiyyət fərqli hisslər vəd edir. Günün ilk yarısında fikir ayrılığı və mübahisələr istisna deyil.

Şir - hansı insanların indi sizin maraqlarınıza dəstək ola biləcəyini intuitiv aydınlaşdırın. Tərəf və əks-tərəfləri müəyyənləşdirin. Övladlarınız varsa, onlara nüfuzunuzla təzyiq etməyin. Ailə problemini birgə fəaliyyət və məhsuldar əməkdaşlıq artıq sözlər olmadan çözə bilər.

Qız -  yaxın ətrafınızdakı insanların mənafelərini nəzərə alın, onların qayğısına qalın. Səmimi və gülərüz davranmaq çətin deyil. İşdə mühüm xəbər, məlumat ola bilər. Maddi perspektivlərinizlə bağlı situasiya aydınlaşır. "Stavka" etdiyiniz işi başa çatdırın. Şəxsi münasibətlərdə yeniliklər istisna deyil. İlkin razılaşma, hadisələrin inkişaf xəttinin aşkarlanması yönlərində konkret nəticələr əldə etməyə çalışın.

Tərəzi - bir qədər nəfəs alın, ətrafı diqqətlə müşahilə edin. Yeni orientirlər seçmək zamanıdır. Sizi yeni məlumat və ya fərqli işdə iştirak etmək zərurəti gözləyir. Daxili gərginlik səviyyəsini aşağı salın. İddialarınızı kontrol altında saxlayın.

Günün ikinci yarısındakı proseslər sınaqdır.

Əqrəb - səbrli olun, ətrafı müşahidə edin. Korporativ intriqalara qatılmayın. Enerjinizi işə yönəldin, çətin məsələləri həll etməyə çalışın. Həll variantı dəqiq və qəfil ola bilər. Axşam saatlarında aktiv istirahəti seçin.

Oxatan - ətrafınızdakı insanlardan biri ilə əlaqələrin heç bir perspektivi olmadığını anlayacaqsınız. Yeni işlərə başlamağa tələsməyin. Alış-verişdə bədxərclik etməyin. Axşam saatlarında nəyisə dəyişməklə bağlı zərurət yarana bilər.

Oğlaq - aktiv olun, ətalətə qapılmayın. Gün ciddi yeniliklər və dəyişikliklər vəd etməsə də, yaşananları diqqətlə izləyin. Emosional davranmayın. Stressə qapılmayın. Diqqətli olun ki, başa çatdırdığınızı düşündüyünüz işi yenidən görməyəsiniz. Əks cins mənsubu ilə mübahisə etməyin. Diskussiyanın genişlənməsinə və ağırlaşmasına imkan verməyin.

Dolça - şəxsi münasibətlərdə köhnə umu-küsü və fikir ayrılıqları ön plana çıxacaq. Günün ikinci yarısında nüfuz və mövqelərinizə təsir edə biləcək situasiyalarda səbrli, təmkinli olun. Sözlər və bəyanatlar hadisələrin sonrakı inkişafı baxımından önəmlidir.

Balıqlar - ayın ən önəmli günlərindən biridir. Hadisələrin inkişaf məcrası müəyyənləşir. Yeni ideyalar və ya maraqlı fəaliyyətin böyük ruh yüksəkliyi ilə başlanmış ilkin mərhələsi real sonuclara yönəlmiş daha ciddi, dərin işlə əvəzlənə bilər.

Milli.Az

Son xəbərlər
Bütün xəbərlər »