Uorren Baffet dünyanın ən zəngin insanlarının sıralamasında yalnız Ceff Bezos, Bill Qyets və Bernar Arnodan geri qalır. Amerikalı iş adamının 87,6 milyard dollar sərvəti var.
Bizimyol.info xəbər verir ki, bu qədər var-dövlətə baxmayaraq, Baffet indiyə qədər düyməli telefon işlədirmiş. Dünyanın dördüncü varlı adamı ilk bahalı telefonunu bu günlərdə alıb.
Baffet CNBC telekanalının “Squawk Box” verilişində bu haqda danışıb. O, yeni “iPhone 11” markalı telefonunu göstərib.
Baffetin dediyinə görə, “Apple” şirkətinin yaradıcısı Stiv Cobs ona “iPhone” satmaq üçün çox çalışıb, amma nail olmayıb. Sonradan bu işi onun xələfi Tim Kuk yerinə yetirmək istəyib. Baffet, nəhayət, özü qərar verib. Milyarder smartfona hələ tam öyrəşmədiyini söyləyib.