Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Karyerasını məhv edən narkoman futbolçular - Fotolar

Yazıya Dieqo Maradona ilə başlamaq olardı. Amma dünya futbolunun canlı əfsanəsi karyerasını uğurla keçirib. Sadəcə, son illərini boşa vermişdi.

Bizimyol.info karyerasını məhv edən başqa 5 narkoman futbolçunu seçib.

Pol Qaskoyn – Bir vaxtlar İngiltərənin ən istedadlı futbolçusu sayılırdı.

Pol Qaskoyn Pol Qaskoyn

Əvvəlcə spirtli içkilərə qurşandı. Ardınca narkotik gəldi. İndi küçədə qarşınıza çıxsa, elə bilərsiniz ki, dilənçidir.

Adrian Mutu – Bu ad da sizə çox tanışdır. “Çelsi” rumını 20 milyon avroya almışdı.

Adrian Mutu Adrian Mutu

Amma günlərin birində qanında kokain aşkar olundu. 7 aylıq futboldan kənarlaşdırdılar. “Çelsi”nin prezidenti Roman Abramoviç müqaviləni pozdu. Mutu meydanlarda çox qala bilmədi.

Klaudio Kanica – Stajlı futbol azarkeşləri onu meydanda Maradona ilə birlikdə yaxşı xatırlayır.

Klaudio Kanica Klaudio Kanica

Argentina milli komandasının heyətində 16 qol vurmuşdu. Sonra həyatına narkotik daxil oldu. Hər şeyi tədricən itirdi. Son illərə qədər İngiltərənin aşağı liqalarında gözə dəyirdi.

Mark Bosniç – Avstraliyanın 21-ci əsrdəki ən yaxşı qapıçısı adını almışdı.

Mark Bosniç Mark Bosniç

“Mançester Yunayted”də, “Çelsi”də, “Aston Villa”da əlcək geyinmişdi. Sonra kokainə görə 9 aylıq cəza aldı. “Çelsi” onunla müqaviləni dayandırdı. Beləcə, Bosniç futbol səhnəsindən itdi.

Hari O'Konnor – Şotlandiyanın perpektivli futbolçusunun axırına da kokain çıxdı.

Hari O'Konnor Hari O'Konnor

Hər dəfə “ilişəndə” bir daha narkotik istifadə etməyəcəyinə söz verirdi. Amma alınmırdı. Heç vaxt potensialını tam aça bilmədi.

Son xəbərlər
Bütün xəbərlər »