Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropanın paytaxt şəhəri kirayə qiymətlərini dondurur

Berlin meriyası kirayəçiləri razı salacaq addım atmaq qərarına gəlib. Almaniya paytaxtında kirayə məbləğləri dondurulur.

Bizimyol.info xəbər verir ki, qarşıdakı beş il üçün mənzillərin icarə qiyməti dəyişməyəcək. Qərar 1,5 milyon mənzilə şamil olunur.

Berlində yaşayanların əksəri kirayə evlərdə qalır. Son illər qiymətlər xeyli yüksəlib. Bunun nəticəsində orta təbəqə şəhərin mərkəzindən uzaqlaşıb. İş orasındadır ki, şəhər kənarında da qiymətlər xeyli yüksəkdir. Mənzil qıtlığı özünü aşkar göstərir. Qiymətlər o qədər yüksəlib ki, şəhər rəhbərliyi prosesə müdaxilə etməkdən başqa yol görməyib.

Berlin belə addım atan Avropanın ilk şəhəridir. Qərar isə birmənalı qarşılanmır. Tənqidçilər az deyil. Şəhər rəhbərliyi daha çox sosialist metodlarından istifadə etməkdə ittiham olunur. Siyasi arenada Angela Merkelin rəhbərlik etdiyi xristian demokratlar da yeniliyi bəyənmir.

Son xəbərlər
Bütün xəbərlər »