Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ İranı virus məlumatlarını gizlətməkdə ittiham edir

İran rəsmi olaraq 70-dən çox vətəndaşının koronavirusa yoluxduğunu bildirir. Ölənlərin sayı 17 nəfər göstərilir.

Bizimyol.info xəbər verir ki, Qərb mətbuatında İranın həqiqəti gizlətdiyi haqda materiallar dərc olunur. Bəzi yazılarda ölənlərin sayının 50-ni keçdiyi iddia olunur.

ABŞ-ın baş katibi Maykl Pompeo da İranın gerçəyi söyləmədiyini düşünür.

Mayk Pompeo Mayk Pompeo

O, bizim qonşu dövləti virus məlumatlarını gizlətməkdə ittiham edib. “Həqiqəti demək lazımdır”, - Pompeo belə ifadə olunub.

Bu gün axşam saatlarında İranda Lahican xəstəxanasında tibb bacısı işləyən cənubi azərbaycanlı Nərgiz Xan Əlizadə dünyasını dəyişib. Onun koronavirusa işdə yoluxduğu bildirilir. İran hökuməti ailəyə informasiyanı yaydığına görə təzyiq göstərir.

Son xəbərlər
Bütün xəbərlər »