Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ İranı koronavirusla bağlı informasiyaları gizlətməkdə ittiham edib

"ABŞ İranın koronavirusla bağlı olduqca vacib informasiyaları gizlətməsindən narahatdır”.

Bunu ABŞ dövlət katibi Mayk Pompeo keçirdiyi brifinqdə deyib.

Mayk Pompeo Mayk Pompeo

O bildirib ki, yeni yayılan virus nəticəsində ölənlərin sayına görə, İran Çindən sonra ikinci yerdədir.

Qeyd edək ki, daha əvvəl İranın Səhiyyə Nazirliyinin nümayəndəsi Kianuş Cahanpur ölkədə koronavirusa yoluxanların sayının 95-ə çatdığını, onlardan 15-nin öldüyünü demişdi. Həftənin bazar ertəsinə olan məlumata görə isə xəstəliyə yoluxanların sayı 34 nəfər, ölənlərin sayı isə üç dəfə artıb. Bu isə fevralın 19-dan bəri koronavirusa yoluxan ölkələr arasında ən yüksək göstəricidir. (Apa.az)

Son xəbərlər
Bütün xəbərlər »