Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə İdlibə əlavə tanklar göndərdi

Türkiyə İdlibə hərbi texnikasını göndərməkdə davam edir.

İdlibdə Gərginliyi Azaltma bölgəsinə dəstək məqsədilə yola çıxan 10 tankdan ibarət konvoy Türkiyənin Hatay vilayətinin Reyhanlı qəsəbəsi istiqamətində hərəkət edib.

Bildirilir ki, hərbi konvoy Reyhanlıdan Suriyaya keçəcək.

Qeyd edək ki, ötən gün Türkiyə Silahlı Qüvvələrinə aid 50 avtomobildən ibarət yeni hərbi konvoy mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Suriyanın İdlib şəhərinə girib. (Axar.az)

Son xəbərlər
Bütün xəbərlər »