Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirus Avropanı bürüyür

Koronavirusun episentri Çin sayılır. Bu ölkədə 77,6 min nəfərin virusa yoluxduğu bildirilir. Epidemiya Asiya dövlətində 2664 can alıb.

Bizimyol.info xəbər verir ki, koronavirus Avropanı bürüməyə başlayıb. Son bir sutkada köhnə qitənin daha üç dövlətində ölümcül virus aşkarlanıb.

Hələ gecə saatlarında İtaliyadan İspaniyaya koronavirusun keçdiyi xəbər verilirdi. Üç ispanın virusa yoluxduğu dəqiqləşib. Son məlumata görə, Avstriya (2 nəfər) və Xorvatiyada (1 nəfər) da koronavirus aşkarlanıb.

Beləliklə, virusun qeydə alındığı ölkələrin sayı 39-a çatıb. Bunlardan 10-u Avropa dövlətidir. İspaniya, Avsriya və Xorvatiyadan əvvəl İtaliyada, Almaniyada, Böyük Britaniyada, Fransada, Rusiyada, Belçikada, Finlandiyada və İsveçdə koronavirus aşkarlanmışdı.

Dünyada virusa yoluxanların sayı 80 min nəfərə çatıb. 2698 nəfər həyatını itirib. Avropada yalnız İtaliyada ölüm qeydə alınıb. Bu ölkədə 7 nəfər virusdan ölüb.

Son xəbərlər
Bütün xəbərlər »