Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səhiyyə Nazirliyi: Heç bir dövlət infeksiyanı gizlədə bilməz

“İnfeksiya elə bir şeydir ki, bunu gizlətmək olmaz. Çin gizlədə bilmədi, İran gizlədə bilmədi, heç bir dövlət bunu gizlədə bilməz, heç buna marağı da yoxdur. Əksinə şübhəli hal olsa, onu da paylaşmalıyıq ki, əhali ehtiyatlı olsun”

Bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktor müavini Afaq Əliyeva koronavirusla əlaqədar sosial şəbəkələrdə yayılan səs yazılarına münasibət bildirərkən deyib.

O bildirib ki, bunlar rəsmi qurumun verdiyi məlumat deyil, təxribat xarakterli səs yazılarıdır: “Xəstəxana rəhbərliyi də açıqlama verdi ki, bunlar həqiqətə uyğun olmayan informasiyadır. Hazırda ölkədə koronavirus yoxdur. Koronavirusla mübarizə apara biləcək gücümüz var”.(apa)

Son xəbərlər
Bütün xəbərlər »