Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
27 saylı seçki dairəsinin bir məntəqəsində seçkilərin nəticələrini ləğv edilib

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 27 saylı Sabunçu İkinci Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınan Gülməmməd Abdullazadənin müraciətinə baxılıb.

Bizimyol.info xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü Qabil Orucov məlumat verib.

MSK üzvü bildirib ki, araşdırma nəticəsində 34 saylı seçki məntəqəsində seçicilərin iradəsini əks etdirməyən hallar müşahidə edilib: “Təklif edirəm ki, həmin məntəqədə səsvermənin nəticələri etibarsız sayılsın”.

MSK müraciəti müzakirəyə çıxarıb və təklif səsə qoyularaq qəbul edilib.

Son xəbərlər
Bütün xəbərlər »