Sumqayıtda süngər sexdə yanğın olub.
Bizimyol.info xəbər verir ki, bu barədə FHN-in mətbuat xidməti məlumat verib.
Sumqayıt şəhərində ümumi sahəsi 200 m² olan süngər sexinin yanar konstruksiyaları və içərisində 1 ədəd dəzgah yanıb.
Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Yaxınlıqdakı sexlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;