Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baş infeksionist: “Boş yerə hay-küy salmayın”

“Azərbaycanda koronavirusa yoluxma ilə bağlı yayılmış məlumatların əsası yoxdur. Mərkəzi Klinik Xəstəxanaya və ya başqa bir xəstəxanaya koronaviruslu heç bir xəstə yerləşdirilməyib.Yerləşdirilən şəxslər epidemiya ocağından gəlmiş əcnəbilərdir. Belə xəstə olarsa, Ağciyər Xəstəlikləri İnstitutuna yerləşdiriləcək, çünki orada uyğun palatalar hazırlanıb, lazımi şərait yaradılıb”.

Bu fikirləri Bizimyol.info-ya Azərbaycanın baş infeksionisti Cəlal İsayev səsləndirib.

Onun sözlərinə görə, bu xəstəlik uşaqlar üçün daha az təhlükəlidir. Yaşlı, müxtəlif xəstəlikləri -pnevmaniyası, kistoz, fibroz, şəkərli diabeti olan insanlar üçün daha qorxuludur. Yaşı 60 dan yuxarı kişilər Covid- 19 virusunu daha ağır keçirdir.

“Yoluxma şübhəsi olan insanlar niyə məhz kliniki xəstəxanaya yerləşdirilirlər?” sualımızı baş həkim bu şəkildə cavablandırdı.

“Hələ ki, xəstə yoxdur sadəcə epidemiya zonasından gələnlər bu xəstəxanda müşahidə altına götürülür. Mərkəzə yaxın olduğuna görə Kliniki Tibbi Mərkəzə yerləşdirilirlər. Orda infeksion şöbə var , əgər xəstəlik aşkarlanarsa, Ağciyər Xəstəlikləri İnstitutuna yönləndiləcəklər. Xəstəlik yüngül keçirilərsə, ola bilsin k, köçürülməsinlər.14 günlük inkubasiya dövründə nəzarətdə olacaqlar.Bu xəstəliklilərin kliniki əlamətləri( hərarət, aqırma, boğaz ağrısı, halsızlıq) üzə çıxarsa PZR analizi aparılacaq. PZR analiz istisnasız olaraq dövlət hesabına aparılmalıdır”.

“Xəstəxanalarda yaradılmış İnfeksion şöbələrə Səhiyyə Nazirliyinin xüsusi nəzarəti varmı” sualına cavab olaraq Cəlal isayev bildirdi ki “şöbənin müdürü var, baş həkimi var nazirlik niyə nəzarət etməlidir?”

Bu fikrə cavab olaraq mən ona bu təhlükəli zamanda nəzarət daha da gücləndirilməlidir dedim.Maraqlıdır ki, baş infeksionist isə “hansı təhlükə? Boş hay-küy qaldırmayın” cavabını verdi. Koronavirusun ətrafında süni ajiotaj yaradaraq, insanlara qorxu hissi aşılamağın mən də tərəfdarı deyiləm. Amma elə bu virusdan öncə ölkədə yayılmış kəskin respirator virus yetərli qədər ağırdır və yoluxduğu insanları ən az 10 gün “yerə yıxa bilir”.Təhlükə necə olur?

İlhamə Rəsulova

Paylaş »
››› Rusiyada etirazlar 100-dən artıq şəhəri bürüyüb: Putin çətin sual qarşısında - Video
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ermənistanın hərbi analitiki: "Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır"
››› Masallı rayon Xəstəxanasının baş həkimi barəsində həbs qətimkan tədbiri seçilib
››› DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
Son xəbərlər
Bütün xəbərlər »