Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təhsil Nazirliyi təhsil şöbələrinə koronavirusla bağlı təlimat göndərib

Azərbaycanda bir neçə qurum Çində törəyərək sürətlə yayılmaqda olan koronavirus (“2019-nCoV”) infeksiyasına qarşı dezinfeksiya tədbirlərinə başlayıb. Redaksiyamıza müraciət edən valideynlər şagird və tələbə olan övladlarının səhhətindən narahatdırlar. Onlar insanların daha çox təmasda olduğu yerlərdən biri təhsil müəssisələr olduğunu deyərək tədbirlər görülməsini tələb edirlər.

Bizimyol.info-nun informasiya sorğusuna cavab verən Təhsil Nazirliyi bildirib ki, respublikanın rayon və şəhər təhsil şöbələrinə (idarələrinə) koronavirusla bağlı müvafiq tapşırıqların icrasına dair təlimati məktub ünvanlayıb.

Qeyd edilib ki, ötən həftədən məktəblərdə dezinfeksiya işlərinin icrasına başlanılıb.

Təhsil Nazirliyi Təhsil Nazirliyi

Respublikanın rayon və şəhər təhsil şöbələrinə göndərilən təlimati məktubda bildirilir:

1. Ümumi təhsil müəssisələrində tibbi-profilaktik tədbirlərlə bağlı məktəb kollektivi, şagirdlər və valideynlər arasında aktiv maarifləndirmə və izahat işlərinin həyata keçirilməsi;

2. Ümumi təhsil müəssisələrində şagirdlər arasında respirator xəstəliklərin əlamətlərinin olub-olmamasına dair baxışın keçirilməsi, belə əlamətlər müşahidə olunduqda, bu şagirdlərin ambulator müalicəyə yerləşdirilməsi;

3. Ümumi təhsil müəssisələrinin tibb otaqlarının (olduğu təqdirdə) zəruri tibbi ləvazimatlarla təchiz olunmasına nəzarətin artırılması;

4. Ümumi təhsil müəssisələrinin dezinfeksiyaedici və gigiyenik vasitələrlə təchiz olunmasına nəzarətin artırılması;

5. Ümumi təhsil müəssisələrində aidiyyəti qurumlar tərəfindən sanitar-epidemioloji işlərin aparılmasına şəraitin yaradılması;

5. Ümumi təhsil müəssisələri tərəfindən təşkil olunan kütləvi tədbirlərin məhdudlaşdırılması”.

Ramid İbrahimov

Paylaş »
››› “İlk zərbəni Türkiyə endirəcək, 2-3 gün çəkəcək, vəziyyət yaxşı deyil”
››› Ermənistan mağazalarında Azərbaycan etiketli məhsullar necə peyda olub... - Foto
››› "Türkiyə və Azərbaycanın qarşısında heç bir maneə yoxdur" - Abramyan
››› Fransa erməni terrorçularını Azərbaycandan geri almaq istəyir
››› Bizi yoluxdururlar, yoxsa xilas edirlər?- Vaksinin qəribə xüsusiyyətləri barədə
››› Vaksinasiya ilə əlaqəli qalmaqal: Peyvənddən imtina edənlərə həkimdən açıqlama
››› Xəzərdə dalğanın hündürlüyü 2,8 metrə çatıb, bölgələrə qar yağıb
Son xəbərlər
Bütün xəbərlər »