Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan polisinə təşəkkür edirik – Şikayətimizə dərhal reaksiya verildi

İctimai təhlükəsizlik bütün dövrlərdə həm xalqı, cəmiyyəti, həm də dövləti maraqlandıran məsələdir. Bunun da aparıcı qüvvəsi polisdir.

Bu gün biz Bizimyol.info olaraq Azərbaycan polisinə təşəkkürümüzü dilə gətirmək istəyirik. Bizdə yaratdıqları inama, etimada görə.

Xəbər verdiyimiz kimi, dünən jurnalist həmkarımız Aləmdə Nəsib 204 saylı marşrut xəttinin sahibi Sənan Səlimov və bu xəttə işləmiş, lakin yol verdiyi xətalara görə işdən azad edilmiş sürücü Alı İsrafilov tərəfindən hədələnib. Aləmdə Nəsibin dediyinə görə, yazmadığı bir yazıya görə tanımadığı insanlar tərəfindən özü və ailəsi təhdid olunub.

“21-fevral tarixində axşamüstü təxminən 17:20 radələrində həmişəki dayanacaqda 204 nömrəli avtobusdan düşüb evə gələrkən özünü həmin marşrut xəttinin sahibkarı kimi təqdim edən Sənan Səlimov yolumu kəsib. Məni jurnalist olub-olmadığımla bağlı sorğu-suala çəkdi. Bildirdi ki, Oxu.az saytında onun marşrut xəttində sürücülərin telefonla danışarkən və. s bu kimi hallarda videosunu çəkərək yayımlamışam. Dediyinə görə, məni uzun müddət izləyib. Görüntüləri də incələyərək qərarlaşdırıb ki, videonu çəkən mənəm. Videonun və xəbərin müəllifi mən olmadığımı bildirdim. Fevralın 22-də gecə 22:17 radələrində isə işdən azad etdiyi sürücü Alı İsrafilov qapıma gələrək məni və ailəmi narahat edib. Mənə deyir ki, Sənan Səlimova zəng et, de məni işə geri götürsün. Sənin xəbərinə görə məni işdən azad edib”,- deyə jurnalist Bizimyol.info saytına bildirib.

Aləmdə Nəsib

Bu yazı saytımızda dərc olunduqdan dərhal sonra Daxili İşlər Nazirliyinin diqqətini çəkdi və məsələ nazirlik tərəfindən ciddi nəzarətə götürüldü. Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən redaksiyamıza zəng olundu və Aləmdə Nəsiblə əlaqə yaratmaq istədiklərini söylədilər. Çox nəzakətlə jurnalistin probleminin ən üst səviyyədə nəzarətə götürüldüyü bildirildi:

”Biz vəzifəsindən , hansı sosial təbəqəyə mənsub olmasından və statusundan asılı olmayaraq vətəndaşlarımıza xidmət edirik.Qanunun aliliyini qoruyuruq. Öz peşə borcunu yerinə yetirən jurnalistin təhdid edilməsini də araşdıracağıq”.

Bu sözləri eşitmək nə qədər xoş təəssürat yaratdı, bunu dilə gətirmək çətindir. Aləmdə Nəsib bu gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub və şikayətinə baxılıb.Polisin şikayətimizə dərhal baxması və operativ reaksiya göstərməsi o deməkdir ki, Azərbaycan polisi vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir. Hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur

Bu o deməkdir ki, bu gün hər bir vətəndaş əmin ola bilər ki, Azərbaycan polisi onun həyat və sağlamlığının, hüquq və azadlıqlarının, qanuni mənafelərinin, ictimai asayişinin keşiyindədir. Azərbaycan polisi hər zaman dövlətimizin diqqət və etimadını hiss edir, fəaliyyətinə verilən yüksək qiyməti böyük minnətdarlıqla qarşılayır, habelə xalqımıza ən müxtəlif sahələrdə xidmət göstərməkdən böyük qürur duyur. Xalqın da öz polis qüvvəsi ilə qürur duyması çox önəmlidir, bu gün polislərimiz öz peşə fəaliyyətləri ilə bu qüruru bizə bəxş edirlər.

İlhamə Rəsulova

Paylaş »
››› “Lotu Quli”nin titul verdiyi “Saşa Kuşner”i armaturla vəhşicəsinə döyüb alçaltdılar
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
››› Rusiyada etirazlar 100-dən artıq şəhəri bürüyüb: Putin çətin sual qarşısında - Video
››› "Qarabağla bağlı gərginlik yenidən başlaya bilər" - Andrey Manoylo
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› Novruz çərşənbələrinin vaxtı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »