Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Marketlərin ənənəvi problemi: vitrində bir qiymət, kassada başqa qiymət - Foto

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Araz superstore” filialından alış-veriş edən müştəri “Dirol” saqqızı alarkən vitrin və kassa qiyməti arasında fərqlə qarşılaşıb.

Məsələ ilə bağlı Bizimyol.info-ya “Araz supermarketlər” şəbəkəsinin mətbuat xidmətinin rəhbəri Billurə Əmirova bildirib ki, məsələ araşdırılıb.

“Araşdırma nəticəsində məhsulların vitrində yerinin səhv düşdüyü məlum olub. Vitrində görünən 40 qəpik “Dirol”un qiyməti deyil.

Təbii ki, vitrin və kassa çıxış qiymətləri arasında fərqin olması halları arzuolunmazdır. Təəssüflə bildirmək istərdim ki, bəzən müştərilərimiz mağaza personalının diqqətsizliyi səbəbindən belə hallarla qarşılaşmalı olurlar. Məhz bunu nəzərə alaraq, “Araz Supermarketlər” şəbəkəsi vitrin qiymətlərinin dəyişdirilməsi prosesində insan faktorunu azaltmaq məqsədilə, yaxın günlərdə elektron qiymətlərin tətbiqinə başlamağı planlaşdırır. Məlumat üçün bildirim ki bu proses artıq test mərhələsindədir.

Ümid edirik ki elektron qiymətlərin tətbiqindən sonra müştərilərimiz vitrin və kassa qiymətləri arasında fərqin yaranması halları ilə qarşılaşmayacaqlar.

Ramid İbrahimov

Paylaş »
››› Ermənistan hərbi geyimlərinin üstündə "Made in Turkey" etiketi aşkarlanıb - Foto
››› İlham Əliyevin açıqlamasından sonra Ermənistan: "Uşaqlarımızı Qarabağdan qaytarın"
››› Bayram Səfərov: “Sosial şəbəkə istifadəçiləri kordur, mən neyləyim...”
››› "Azərİşıq": İşığımız Şuşada yandı! - Şəhərdən son videogörüntülər
››› Baş nazirdən Azərbaycanda sərt karantin rejimi ilə bağlı qərar
››› Paşinyanın oğlu da Moskvaya qaçdı - Video
››› Rusiya Müdafiə Nazirliyindən Qarabağda son vəziyyətlə bağlı məlumat
Son xəbərlər
Bütün xəbərlər »