Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərişıq” ASC gücləndirilmiş rejimə keçib

Bir sıra regionlarda başlayan güclü külək səbəbindən “Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçdi.

Bizimyol.info xəbər verir ki, bu barədə “Azərişıq” ASC Mətbuat xidməti məlumat verib.

Məlumatda bildirilir  ki, “Qərb” Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisinə daxil olan Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarının, “Şimal” RETSİ-nə daxil olan Xaçmaz, Siyəzən və Şabran rayonları ərazisində güclü külək müşahidə edilir.

Baş verə biləcək qəza və kəsintilərin qarşısını almaq üçün “Azərişıq” qabaqlayıcı tədbirlər görür. Hazırda ölkənin heç bir yerində elektrik enerjisi təchizatında heç bir problem yoxdur.

“Azərişıq” ASC istehlakçılardan xahiş edir ki, yaranan hər hansı çətinliklə bağlı 24 saat xidmət göstərən 199 saylı çağrı mərkəzi ilə əlaqə saxlasınlar.

Paylaş »
››› Rusiyada etirazlar 100-dən artıq şəhəri bürüyüb: Putin çətin sual qarşısında - Video
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ermənistanın hərbi analitiki: "Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır"
››› Masallı rayon Xəstəxanasının baş həkimi barəsində həbs qətimkan tədbiri seçilib
››› DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
Son xəbərlər
Bütün xəbərlər »