Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocahəsən yolu küçəsində tikinti materialları bazarı inşa olunur.
Bizimyol.info xəbər verir ki inşa edilən bazarın ərazisi neft kəmərinin mühafizə zolağına aid ərazidir.
Bazarın torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur. Burada SOCAR-a məxsus boru kəməri var.
SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Bizimyol.info-ya bildirib ki, sözügedən ərazidə neft kəmərinin yeri dəyişdiriləcək.
“SOCAR həmin ərazidə mövcud olan boru kəməri üzərində işlər aparılır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 06.06.2018-ci il tarixli 183 nömrəli Sərəncamı əsasında Bakı şəhəri Qaradağ rayonunun ərazisində Xocəsən-Lökbatan avtomobil yolunun sol tərəfində Abşeron Logistika” MMC-nin yeni tikinti materiallarının satışı mərkəzi üçün torpaq sahəsi ayrılıb. Ayrılmış torpaq sahəsi SOCAR-a məxsus olan Şirvan-Bakı yerüstü magistral neft kəmərinin 100-102.6-cı km hissəsinə düşdüyünə görə 2600 metr uzunluğunda olan həmin hissə SOCAR tərəfindən yeraltı icrada yenidən qurulur”.
Ramid İbrahimov