Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vəziyyət Çincədir - Koronavirus ətrafında süni ajiotaj yoxsa...

Dünən bütün mətbuat Vatsapda yazılmış fəlakət təbili çalan qadın səsinin yaratdığı həyəcanın rənginə büründü. Daxili İşlər Nazirliyi həmin səsin sahibinin tapılıb cəzalandırılması barədə məlumat yaydı. Bu bəyanatdan sonra insanların qorxu və səksəkəsi bir qədər azaldı.

Sosial şəbəkələrdə bir çoxları bunu Mərkəzi Klinik Xəstəxananın reklamı kimi dəyərləndirdi. Mən isə belə düşünmürəm. Əgər koronavirus Mərkəzi Klinik Xəstəxanadadırsa orda qurulmuş gözəl şəraitə baxmayaraq kimsə o xəstəxanaya üz tutmaq istəməyəcək.İranda vu virusun tüğyana başlaması və hələ də bu ölkəylə sərhədlərimizin açıq olması insanlarda gərginliyi artırır.Eyni zamanda ağıllara şübhələr də gəlir. Əcəba bu ajiotaj kimin mənafeyinə xidmət edir? Maska və spirt satmaqlaqabağa düşmək istəyənlərə? Bir az cılız səslənən məntiq oldu.

BSU-nun Beynəlxalq münasibətlər kafedrasının doktorantı, politoloq İlyas Hüseynov Bizimyol.info-ya verdiyi açıqlamada Azərbaycan Səhiyyə Sisteminin bu virusa qarşı hansı dərəcədə hazırlıqlı olmasından danışıb.

İlyas Hüseynov İlyas Hüseynov

“Koronovirus Çin iqtisadiyyatına zərbə vurmaqda davam edir.Bu zərərin məbləği milyardlarla,hətta bəzi ekspertlərin dəyərləndirmələrinə görə trilyonlarla ölçülür. Çinin son illlərdə artan böyük iqtisadiyyatı bu virusla ciddi şəkildə sarsıldı. Müxtəlif ölkələr karantin elan etdilər, ciddi tədbirlər almağa məcbur oldular. Bu anlamda Azərbaycan nə etdi? Bu virusun qarşısını almağa hazırdırmı? Səhiyyə Nazirliyimizi bu virusla mübarizə üçün nə dərəcədə güclüdür? Avropa İttifaqı virusla mübarizəyə 230 milyon avro ayırdı. İtaliyada virusa yoluxanların sayı 204, ölənlərin sayı 4 olsa da, qonşu İranda yoluxanların sayı 50, ölənlərin sayı isə 12-dir. Çində vəziyyət daha faiciəvidir, Yoluxma sayı 80 000 ölənlərin sayı 2 000-dən çoxdur. Lakin, bu gün apteklərdə elementar maska və tibbi spirt çatışmırsa, virusun Azərbaycanda rəsmi şəkildə elan edilməməsinə rəğmən, şaiyələr əsasında belə qorxu yaratdaraq gəlir əldə etməyə çalışılması qorxulu tendensiyadır. AZAL-ın dediyinə görə, İranla sərhədlər bağlanmayıb. Cənubda yaşayan soydaşlarımız İrana tez- tez keçirlər. Sərhədlərin bağlanması sosial problemlər yaradar. Lakin digər tərəfdən Novruz bayramı ərəfəsindəyik. Bu gün ilk Su çərşənbədir. Bayram süfrəmizi bəzəyən məhsulların əksəriyyəti İrandan gəlir.

İndi o məhsulların azalmasına görə qiymətlərin yüksəlməsi ehtimalı var. Səhiyyə sistemimiz hansı qabaqlayıcı tədbirlər görür? Cənub bölgəmizdə ambulator müayinələr həyata keçirən poliklinikalar ürəkaçan vəziyytdə deyil. Xəstəliyə qarşı hələ dərman, vaksin tapılmayıb. Böyük fəlakət gəlir, gəlmə ehtimalı böyükdür. Rusiya, Gürcüstan, Türkiyə Azərbaycanda virus görünərsə bizimlə sərhədləri bağlayacaq.Çox ciddi nəzarət olmalıdır. Hadisələrin gözlənilməz məcrada axınına hazırlıqlı olmalıyıq, əks halda dünyada tüğyan edən bu faciəni böyük qurbanlar hesabına yaşamış olarıq”.

İlhamə Rəsulova

Paylaş »
››› “İlk zərbəni Türkiyə endirəcək, 2-3 gün çəkəcək, vəziyyət yaxşı deyil”
››› Ermənistan mağazalarında Azərbaycan etiketli məhsullar necə peyda olub... - Foto
››› "Türkiyə və Azərbaycanın qarşısında heç bir maneə yoxdur" - Abramyan
››› Bizi yoluxdururlar, yoxsa xilas edirlər?- Vaksinin qəribə xüsusiyyətləri barədə
››› Fransa erməni terrorçularını Azərbaycandan geri almaq istəyir
››› Baydenin Hacınəzəryana yüksək vəzifə verməsi Azərbaycana qarşı nə vəd edir...
››› "Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir" - Ermənistanda həyəcan
Son xəbərlər
Bütün xəbərlər »