Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bir ayda 23 nəfərin öldüyü deyilən xəstəxanada etiraz - Video

Sosial mediada yayılan məlumata görə, son zamanlar Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda vəfat etmiş şəxslərin sayı artıb. Hətta son 1 ayda 23 nəfərin vəfat etdiyi iddia edilir.

Bizimyol.info xəbər verir ki, adıçəkilən tibb müəssisəsində yayılan yeni videoda pasientin yaxınlarının tibbi personala etirazı əks olunub.

Videodan məlum olur ki, pasientin yaxınları vəziyyəti ağır olan xəstənin reanimasiya şöbəsinə gec yerləşdirilməməsinə etiraz edirlər. Hətta bundan sonra da xəstənin yaxınları ilə tibbi personal arasında gərginlik artır. Xəstənin yaxınları Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkimi-fiziatrı Polad Muradovla da mübahisə edirlər. Şikayətçilər P.Muradova tibbi xidmət səviyyəsinin keyfiyyətsiz olduğunu bildirirlər.

Qeyd edək ki, ötən il Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tabeliyinə veriləcək xəstəxanalar müəyyənləşib. Nazirlər Kabineti “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nı təsdiq edib. Qərara əsasən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu 2020-ci il yanvarın 1-dən TƏBİB-in tabeliyinə verilib.

Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda çəkilən bu video ilə bağlı TƏBİB-ə informasiya sorğusu göndərilib. Məsələ ilə bağlı açıqlama almağa çalışacağıq.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »