Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Formula 1 Azərbaycan Qran Prisi 2020 yarışına yerli media nümayəndələrinin akkreditasiyası üçün son 10 gün

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 5-7 iyun 2020-ci il tarixlərində Bakıda sayca 5-ci dəfə keçiriləcək Formula 1 Azərbaycan Qran Prisinə yerli media nümayəndələrinin akkreditasiyası ilə bağlı sənəd qəbulu sona yaxınlaşır.

BŞH-nin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri və yarışın milli mətbuat katibi Nigar Arpadarai jurnalistləri tezliklə qeydiyatdan keçməyə dəvət edib: “Hər il olduğu kimi bu il də yerli jurnalistlər arasında Formula 1 yarışlarının işıqlandırılmasına maraq olduqca böyükdür. Biz həmişə çalışırıq ki, Azərbaycan Qran Prisində yaxından iştirak etmək istəyən media nümayəndələri təklif olunan bütün imkanlardan vaxtında tam yararlana bilsinlər. İndiki məqamda artan rəğbəti və həmçinin edilən müraciətlərin çoxluğunu nəzərə alaraq vaxtı bir qədər uzatdıq ki, FIA-nın tələblərinə tam cavab verən hər bir yerli jurnalist paytaxtımızın beşinci dəfə evsahibliyi edəcəyi möhtəşəm yarışdan kənarda qalmasın. Müvafiq kriteriyaları ödəyən bütün media nümayəndələrini tezliklə qeydiyyatdan keçməyə dəvət edirəm”.

Azərbaycan Qran Prisi daxil olmaqla bütövlükdə 2020 FIA Formula 1 Dünya Çempionatında yer alan hər bir yarış üçün media nümayəndələrinin akkreditasiyası Beynəlxalq Avtomobil Federasiyası (FIA) və Formula One Management (FOM) şirkəti tərəfindən kurasiya olunur.

Yerli media nümayəndələrinin yarışa qeydiyyatı əməliyyat şirkətinin vasitəçiliyi ilə həyata keçirilir və bu proses 5 mart 2020-ci il tarixində saat 17:00-də başa çatacaq. Qeydiyyatdan keçmək istəyən jurnalistlər əməliyyat şirkətinin rəsmi veb-səhifəsinə daxil olaraq müvafiq formanı doldurmalı və tələb olunan sənədləri sistemə yüklədikdən sonra onlayn qaydada müraciət etməlidirlər. Qeyd olunan 5 mart, 2020-ci il tarixindən gec göndərilmiş müraciət formaları nəzərə alınmayacaq.

Akkreditasiya prosesi ilə əlaqədar əlavə məlumat əldə etmək istəyənlər (+99412) 4041383 nömrəsinə zəng edə və ya [email protected] email ünvanına yaza bilərlər.

Paylaş »
››› Rusiya Qarabağda Ermənistan ordusunu müharibəyə hazırlayır - Fotolar
››› Putinin mənzilində yaşayan şəxs: “Navalnı gəlmişdi” - Fotolar
››› “Ermənistan altı ölkə arasında qurulacaq əməkdaşlığa qoşula bilər”
››› 3 rayonda su kəsiləcək
››› “Bəsdir!” - Hikmət Hacıyevin “Atlantic Council”dəki nitqinə dair
››› Ramin Quluzadə nazir vəzifəsindən azad edilib
››› Tağı Əhmədov xəstəxanaya yerləşdirildi
Son xəbərlər
Bütün xəbərlər »