Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Binə qəsəbəsində şəhid Xəqani Aslanovun anım mərasimi keçirilib

Şəhid Xəqani Aslanovun anım günü keçirildi.

Bizimyol.info xəbər verir ki, Binə qəsəbəsində şəhid Xəqani Aslanovun adını daşıyan küçədə, onun heykəli önündə anım günü tədbiri keçirildi. Tədbir iştirakçılarının Dövlət Himnimizi oxumasının ardınca qonaqlara söz verildi.

Millət vəkili Adil Əliyev şəhidin qısa, amma şərəfli həyat yolu haqqında danışdı. Ağdam və Xəzər rayonlarının icra hakimiyyətlərinin nümayəndələri də öz çıxışlarında Xəqani Aslanovun döyüş yolundan, onun Vətəninə olan sevgisindən və qorxmazlığından bəhs etdilər.

Qarabağ qazilərinin, şəhid ailələrinin də iştirak etdiyi tədbir Xəqani Aslanovun övladları Cəsarət və Sadiq Aslanovların ataları haqqında danışdıqları kövrək, amma qürurverici xatirələriylə davam etdi.

Sadiq Aslanov Qarabağ döyüşlərində ailəsinin 3 şəhid verdiyini vurğuladı, onlar haqqında tədbir iştirakçılarına və gələn qonaqlara məlumat verdi. Onun bildirdiyinə görə, Xocalıda şəhid olan Xəqani Aslanovun qardaşları Hasil və Vidadi Aslanovlar 1993-cü ilin 23 iyulunda Ağdam rayonunun Şelli kəndinin işğalı zamanı şəhid olublar... Dördüncü qardaş, qazimiz Sabiq Aslanov isə Ağdam döyüşlərində yaralanıb... Hazırda Rusiyada yaşayır.

Leyla Namazova

Şəhid anım mərasimi Şəhid anım mərasimi

Paylaş »
››› “İlk zərbəni Türkiyə endirəcək, 2-3 gün çəkəcək, vəziyyət yaxşı deyil”
››› Ermənistan mağazalarında Azərbaycan etiketli məhsullar necə peyda olub... - Foto
››› Bizi yoluxdururlar, yoxsa xilas edirlər?- Vaksinin qəribə xüsusiyyətləri barədə
››› Fransa erməni terrorçularını Azərbaycandan geri almaq istəyir
››› Baydenin Hacınəzəryana yüksək vəzifə verməsi Azərbaycana qarşı nə vəd edir...
››› "Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir" - Ermənistanda həyəcan
››› Xəzərdə dalğanın hündürlüyü 2,8 metrə çatıb, bölgələrə qar yağıb
Son xəbərlər
Bütün xəbərlər »