Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranın Qərbi Azərbaycan vilayətində daha bir zəlzələ olub

İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində 4.3 bal gücündə zəlzələ olub.

Bu barədə “Anadolu” agentliyi Türkiyənin Təbii Fəlakətlər və Fövqəladə Hallar İdarəsinə (AFAD) istinadən məlumat yayıb.

Zəlzələ yerli vaxtla saat 02:44-də 7 km dərinlikdə baş verib.

Tələfat barədə məlumat yoxdur.

Qeyd edək ki, İranın Qərbi Azərbaycan əyalətində fevralın 23-də də zəlzələ baş verib, xeyli sayda insan xəsarət alıb.(apa)

Son xəbərlər
Bütün xəbərlər »