Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynanın Milandakı Konsulluğu koronavirusa görə bağlanır

Fevralın 25-dən etibarən Ukraynanın Milandakı Baş Konsulluğu bölgədə koronavirusun yayılması ilə əlaqədar vətəndaşların qəbulunu və sənədlərin verilməsini dayandıracaq.

Bu barədə Konsulluğun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, vətəndaşların qəbulu Lombardiyanın regional rəhbərliyindən müvafiq tövsiyələr aldıqdan sonra bərpa ediləcək. Fövqəladə vəziyyətdə Ukrayna vətəndaşları konsulluğun qaynar xətti və ya elektron poçtu ilə əlaqə saxlaya bilərlər.

Xatırladaq ki, İtaliyada 220-dən çox koronavirus yoluxması faktı rəsmiləşdirilib, ölənlərin sayı 7-yə çatıb.

Yoluxanlar isə əsasən İtaliyanın şimalındadır. Bunlar Lombardiya və Veneto regionlarıdır. (Report.az)

Paylaş »
››› "Bakı Xəzər sahillərini itirəcək" - Almaniya mətbuatı
››› "Bizə şərt irəli sürürlər ki, azərbaycanlıların hərəkətinə o vaxt icazə verərik ki..."
››› “Ey, oğlan, atandan soruş ki, Afrikaya şir ovuna getmək əvəzinə niyə orduya bir-iki PUA almırdı?...”
››› Nikol Paşinyan: "20 Yanvarda Bakıda qətlə yetirilənlərin ruhları qarşısında baş əyirəm"
››› “Navalnı Putini devirə bilər” - Rusiyada siyasi durum gərginləşib
››› "Avropa Türkiyədən aşkar geri qalır" - Azərbaycanın qələbəsinə dünyadan reaksiyalar
››› Vilayət Eyvazov polis rəisini işdən azad etdi
Son xəbərlər
Bütün xəbərlər »