Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Trampla xanımına 2018-ci ildə verilən bahalı hədiyyələr

ABŞ Federal Reyestr xidməti 2018-ci ildə federal orqan əməkdaşlarının xarici hökumət rəhbərlərindən aldığı hədiyyələrin siyahısını dərc edib.

Siyahıda ABŞ Prezidenti Donald Trampla xanımı Melaniya Trampın da adı var.

Sənədə əsasən, amerikalı lider Rusiya Prezidenti Vladimir Putindən Rusiyada keçirilən Futbol üzrə Dünya Kubokuna həsr olunmuş, 1500 dollar dəyərində 12 gümüş pul sikkəsi hədiyyə alıb.

Fransa Prezidenti Emmanuel Makron isə Trampa dəyəri 8 min dollardan çox olan “Louis Vuitton” çantası bağışlayıb.

Kanadanın Baş Naziri Castin Tryudo ABŞ prezidentinə 470 dollarlıq beluqa balinasının təsvir olunduğu mərmər heykəl hədiyyə edib.

Trampların aldığı ən bahalı hədiyyənin dəyəri isə 23,5 min dollarlıq 6 ədəd Nimfenburq çini boşqablarıdır. Bu hədiyyəni Melaniya Trampa Qətər əmiri Tamim ben Hamad Əli Taniu bağışlayıb.

Bundan başqa, Fransanın birinci xanımı Bricit Makron Melaniya Trampa 850 dollarlıq “Givenchy”dən klaç, Misir Prezidenti Əbdül Fəttah əs-Sisidən “Shosha Kamal” dizayn evindən 10 min dollarlıq kreslo, Livanın ABŞ-dakı səfiri Qabriel İssa 450 dollarlıq tunik hədiyyə edib. (Qafqazinfo.az)

Paylaş »
››› "Bakı Xəzər sahillərini itirəcək" - Almaniya mətbuatı
››› "Bizə şərt irəli sürürlər ki, azərbaycanlıların hərəkətinə o vaxt icazə verərik ki..."
››› “Ey, oğlan, atandan soruş ki, Afrikaya şir ovuna getmək əvəzinə niyə orduya bir-iki PUA almırdı?...”
››› Nikol Paşinyan: "20 Yanvarda Bakıda qətlə yetirilənlərin ruhları qarşısında baş əyirəm"
››› “Navalnı Putini devirə bilər” - Rusiyada siyasi durum gərginləşib
››› "Avropa Türkiyədən aşkar geri qalır" - Azərbaycanın qələbəsinə dünyadan reaksiyalar
››› Vilayət Eyvazov polis rəisini işdən azad etdi
Son xəbərlər
Bütün xəbərlər »